Icma.az
close
up
RU
Daxili qoşunların vəzifə və hüquqları müəyyənləşir

Daxili qoşunların vəzifə və hüquqları müəyyənləşir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daxili qoşunların vəzifələri və hüquqları müəyyənləşdiriləcək.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunlar aşağıdakı vəzifələri həyata keçirəcəklər:
-    fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak;
-    mühafizə etdikləri obyektə basqının dəf edilməsi, habelə həmin obyektin ərazisinə qanunsuz daxil olmuş şəxslərin axtarılması və tutulması;
-    müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki, eləcə də hərbi təchizat anbarlarının və bazalarının mühafizəsi;
-    müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin göstərişi əsasında, habelə xidməti vəzifələrin icrası zamanı aşkarlanmış partlayıcı qurğu və maddələrin zərərsizləşdirilməsi və məhv edilməsi.
Daxili qoşunlar aşağıdakı hallarda vəzifələrinin icrasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirəcəklər: 
-    ictimai qaydanın qorunması, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması zamanı;
-    kütləvi iğtişaşların və ictimai qaydanın qrup halında pozulması hallarının qarşısının alınması zamanı;
-    qanunsuz silahlı birləşmələrin, terror təşkilatlarının və terror qruplarının, habelə silahlı müqavimət göstərən və silahlı basqın edən şəxslərin zərərsizləşdirilməsi zamanı;
-    dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejiminin təmin edilməsi zamanı;
-    cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınması zamanı; 
-    girovların, zəbt edilmiş binaların və digər tikililərin, qurğuların, ərazilərin və nəqliyyat vasitələrinin azad edilməsi zamanı;
-    mülki hava və ya su nəqliyyatı vasitəsinin, yaxud dəmiryol qatarının zəbt olunması və qaçırılması hallarının qarşısının alınması zamanı;
-    fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılması zamanı;
-    cəlb edildiyi təqdirdə Azərbaycan ərazisinin müdafiəsi zamanı.
Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Qanunla müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunacaq.
Daxili qoşunların hərbi qulluqçularına həvalə edilmiş vəzifələrin icrası ilə bağlı onların qanuni tələblərinin icrası məcburi olacaq.
Bununla yanaşı, daxili qoşunlar vəzifələrinin icrası zamanı aşağıdakı hüquqlara malik olacaqlar:
-    hər bir şəxsdən ictimai qaydaya riayət etməyi tələb etmək, hüquqazidd əməllərin və xidməti vəzifələrinin icrasına mane olan hərəkətlərin qarşısını almaq;
-    daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı hüquq pozuntusu törətmiş, cinayət törətməyə cəhd edən və ya cinayət törətməkdə şübhəli bilinən şəxsləri tutmaq, onların şəxsiyyətini müəyyənləşdirmək, qanunla müəyyən edilmiş qaydada onları polis orqanlarına təhvil vermək, cinayət törətmiş şəxsləri saxlayarkən qanunla müəyyən edilmiş qaydada onların üzərində axtarış aparmaq və əşyalarını yoxlamaq;
-    mühafizə etdikləri obyektlərə qanunsuz daxil olan və ya daxil olmağa cəhd edən şəxslərin üzərində qanunla müəyyən edilmiş qaydada axtarış aparmaq, əşyalarını və sənədlərini yoxlamaq, qanunla müəyyən edilmiş qaydada polis orqanlarına təhvil vermək;
-    mühafizə etdikləri obyektlərə daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamaq;
-    mühafizə etdikləri obyektlərin buraxılış məntəqələrində qanunla müəyyən edilmiş qaydada şəxslərin üzərində axtarış aparmaq, əşyalarını və sənədlərini yoxlamaq;
-    bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat vasitələrinə daxil olmaq;
-    bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerlərinə, ərazilərə, binalara və digər tikililərə (diplomatik immunitetə malik olanlardan başqa) daxil olmaq;
-    bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerlərini, əraziləri, binaları və digər tikililəri dövrəyə almaq, əsaslı şübhələr olduqda nəqliyyat vasitələrini yoxlamaq və digər əməliyyat tədbirlərini yerinə yetirmək;
-    qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən, silahdan, döyüş texnikası və xüsusi texnikadan istifadə etmək.
Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Qanunla müəyyən edilmiş polis əməkdaşının hüquqları şamil olunacaq.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri