Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Daxili xəstəliklərin tibbi ekranı

Daxili xəstəliklərin tibbi ekranı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Endoskopiya yalnız müayinə yox, həm də müalicə üsuludur

Endoskopist Farmiz Əliyev Tümen Tibb İnstitutunun məzunudur. 1997–1998-ci illərdə terapiya üzrə internaturanı Tbilisi Dövlət Tibb Universitetində keçib. 1999-cu ildə Tümen Tibb Akademiyası həkimləri təkmilləşdirmə fakültəsində endoskopiya üzrə ixtisaslaşıb. 2017-ci ildə endoskopiya üzrə Piroqov adına Moskva Milli Tibbi-Cərrahiyyə Mərkəzində ixtisaslaşma kursu keçib.

Soydaşımız əmək fəaliyyətinə 1989-cu ildə Rusiyanın Tümen Tibb Akademiyasının ümumi biologiya və genetika kafedrasında laborant kimi başlayıb. 1999–2012-ci illərdə Tümen Dövlət Universitetinin tibbi klinikasında, 2012-ci ildən 2020-ci ilədək Bakıda Tusi adına klinikada endoskopist işləyib. 2020-ci ilin oktyabrından isə “National Prime Hospital” da qastroenteroloq-endoskopist kimi çalışır. Dəfələrlə Türkiyə, Gürcüstan, Avstriya, İtaliya, Rusiya kimi ölkələrdə təşkil edilən seminar və konfranslarda iştirak edib. Moskvada Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin doktorantıdır. 

Endoskopik müayinə üzrə 20 ildən artıq təcrübəsi olan Farmiz Əliyevlə  müasir diaqnostik metodların tətbiqi, yeni yanaşmalar, endoskopiyada yeniliklərlə bağlı söhbət etdik. 

– Endoskopiyanın hansı növləri var?

– Qida borusu, mədə və onikibarmaq bağırsaqdakı narahatliqların diaqnostikasında və bəzən müalicəsində istifadə edilən endoskopiya, ucunda kamera və işıq olan elastik bir borudan ibarətdir. Bəzi hallarda biopsiya aparmaq üçün endoskopa xüsusi alətlər əlavə oluna bilər. Müasir tibbdə qida borusu, mədə və onikibarmaq bağırsağın müayinə olunduğu yuxarı endoskopiyadan başqa, araşdırılan bölgəyə görə müxtəlif endoskopiya növləri də tətbiq edilir.

Aşağı mədə-bağırsaq sistemi endoskopiyası – kolonoskopiya zamanı endoskopla  həzm sisteminin qalın bağırsaq kimi alt hissələri araşdırılır. Bəzən qalın bağırsağın yalnız aşağı hissəsini (sigmoid kolon) yoxlamaq üçün daha qısa bir borudan istifadə olunur. Bu prosedur sigmoidoskopiya adlanır. 

Yuxarı mədə-bağırsaq sisteminin endoskopiyası qastroskopiya adlanır. Endoskop ağızdan və yemək borusu vasitəsilə mədəyə aparılır. Qida borusu, mədə və onikibarmaq bağırsaq müayinə edilir. Bundan başqa, enteroskopiya (ikili balonlu enteroskopiya) üsulu da var ki, bununla nazik bağırsaq müayinə edilir. Bir də simptoma əsasən, endoskopik ultrasəs müayinəsi də tətbiq edilir.

– Doktor, endoskopiya nə zaman məsləhət görülür? Bu müayinə ilə hansı  xəstəliklərə diaqnoz qoymaq olar? 

– Endoskopiya iki məqsədlə tətbiq edilir. Birincisi, diaqnostik məqsədlər üçün bəzi simptomlara görə endoskopiya edilə bilər. Anormal qanaxma, davamlı qarın ağrısı. udmaqda çətinlik və ya yemək borusunun tıxanması, davamlı ürəkbulanma, uzun müddət davam edən ishal və qəbizlik, səbəbi bilinməyən çəki itkisi, mədə xorası, infeksiyalar, pankreatit, öd kisəsində daş, şişlər, həzm sistemindəki müxtəlif pozğunluqların səbəblərini araşdırmaq üçün bu müayinə üsulu məsləhət görülür.

İkincisi, terapevtik – endoskopiya aparatına xüsusi alətlər əlavə etməklə, müalicə məqsədilə də istifadə oluna bilər. Yəni, endoskopiya ilə yalnız diaqnoz qoyulmur, həm də müalicəvi prosedurlar həyata keçirilir. Bu üsulla yemək borusu (özofagus) darlıqlarının açılması, yığılmış mayenin boşaldılması, polipin kəsilməsi, yad cismin çıxarılması, hətta yoluxmuş öd kisəsi kimi kiçik orqanların kənarlaşdırılması kimi mikro əməliyyatlar həyata keçirilir.

Endoskopiya bəzən ultrasəs kimi digər prosedurlarla birləşdirilir. Bir ultrasəs probu endoskopa endoskopik ultrasəs (EUS) adlı bir üsulla qoşula bilər.  Bu zaman qida borusu və ya mədə divarının xüsusi görüntüləri əldə edilməklə, eyni zamanda, mədəaltı vəzi kimi orqanın çətin əldə edilən görüntüləri də asan və əhatəli alınır.

 Yuxarı orqanların qanaxmasında tətbiq etdiyimiz  ezofageo-qastro-duodenoskopiya proseduru (qida borusu, mədə və 12 barmaq bağırsağın endoskopik görüntülənməsi) qida borusundan nazik bağırsağın yuxarı şöbəsinə qədər olan hissədə hər hansı xəstəliyin və selikli qişadakı dəyişikliklərin aşkarlanması üçün “qızıl standart” hesab olunur. Bu müayinə endoskop adlanan xüsusi cihaz vasitəsilə həyata keçirilir və ağrısız, əlavə təsirləri olmayan rahat bir üsuldur. Xəstənin şəxsi istəyinə bağlı olaraq müayinə zamanı yüngül anesteziya tətbiq edilə bilər.

 Biz 35 mindən artıq belə prosedur etmişik, 15 mindən artıq kolonoskopiya + rektosiqmoskopiya (yoğun bağırsaq və düz bağırsağın müayinəsində bağırsaqdakı poliplərin çıxarılması və toxuma nümunələrinin götürülməsi), 40-a yaxın bronxoskopiya proseduru, müalicəvi endoskopiya: mədə-bağırsaq traktındakı qanaxmaların dayandırılması – qida borusu venalarının varikoz genişlənməsinin ləğvi  və skleroterapiyasını uğurla həyata keçirmişik.

Bundan başqa, mədə-bağırsaq traktının endoprotezlənməsi, mədə balonunun yerləşdirilməsi, mədə-bağırsaq traktından yad cisimlərin kənarlaşdırılması kimi proseduralar da etmişik.

– Müayinə üsulları yeniləndikcə xəstəliklərin aşkarlanması asanlaşır. Son illərdə onkoloji problemlər çoxalıb. Bu xəstəliyin endoskopiya ilə aşkarlanması hansı səviyyədədir?

– Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada onkoloji xəstəliklərin yayılma faizi ilbəil artır. ÜST-nin məlumatına görə, 2025-ci ilədək dünyada 20 milyon xərçəng xəstəsi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir) baş verəcəkdir. 1999-cu illə müqayisədə 2020-ci ildə belə xəstələrin sayı 2 dəfə artmışdı. Mədə-bağırsaq sistemindəki onkoloji problemlər də artır. Xəstə həkimin yanına artıq vəziyyəti kəskinləşəndə müraciət edir, ona yardım etmək mümkün olmur. 

Lakin skrininq (erkən müayinə) kolonoskopiyası və qastroskopiyasının səhiyyədə istifadəsi mədə və yoğun bağırsağın erkən xərçənginin və selikli qişa xərçənginin ilkin əlamətlərinin diaqnostikasının xeyli təkmilləşməsinə yol açıb. Hətta, bu müayinə ilə heç bir simptomu olmayan birinin gələcəkdə baş verə biləcək xəstəliyini də aşkarlayırıq. 

Son dövrə qədər cərrahiyyə əməliyyatı nəinki erkən xərçəngin müalicəsinin, həm də mədə-bağırsaq traktının iri xoşxassəli törəmələrinin yeganə çıxış yolu idi. Lakin kiçik invaziv üsulların inkişafı belə şişlərin, ilk növbədə, poliplərin endoskopik yolla aradan götürülməsini mümkün etdi. Hazırda biz bu törəmələrin kənarlaşdırılmasının yeni yolları – endoskopik selikli qişa rezeksiyası və endoskopik seliklaltı qat diseksiyası tətbiq edirik.

Erkən mədə xərçənginin endoskopik yolla kənarlaşdırılması barədə məlumatı ilk dəfə 1974-cü ildə yapon alimləri yayıb. M.Tados 1984-cü ildə digər müəlliflərlə birgə endoskopik selikli qişa rezeksiyası (EMR) adlanan, mədə-bağırsaq traktının epitelli törəmələrini kənarlaşdırmağa imkan verən yeni metodikanı hazırladılar. Bu üsul nəinki polipformalı, həm də qeyri-polipformalı törəmələri kənarlaşdırmağa imkan verir. Endoskopik selikaltı qat diseksiyası (ESD) mədə-bağırsaq traktı xərçənginin kənarlaşdırılmasının ən yeni, “gənc” texnologiyasıdır.

– Belə prosedurlarda həyatı itirmək təhlükəsi varmı?

– Mədə-bağırsaq traktında törəmə olan pasiyentlərin sağ qalma göstəriciləri diaqnozun qoyulma anındakı patoloji prosesin səviyyəsindən asılıdır. Həzm sistemindəki onkoloji patologiyaların və ilkin xərçəng formalarının başlanğıc mərhələdə aşkarlanması müasir tibbin qarşısında duran mühüm məsələlərdən biridir. Endoskopist həkimin prioritet məsələlərindən biri də yeni tibb texnologiyalarının diaqnostikada və müalicədə tətbiqinə bağlıdır.

– Prosedurdan əvvəl nələrə diqqət edilməlidir?

– Endoskopiyaya hazırlıq zamanı mədə boş olmalıdır. Buna görə də, müayinədən 8 saat əvvəl yemək və içmək dayandırılmalıdır. Endoskopiya prosedurundan əvvəl istifadə olunan bütün dərmanlar haqqında qastroenteroloqa məlumat verilməlidir. Eyni zamanda, qan durulaşdırıcı dərmanlar dayandırılmalıdır, çünki qanaxmaya səbəb ola bilər. Qastroenteroloq diabet, ürək xəstəliyi və ya yüksək qan təzyiqi kimi xroniki xəstəlikləri olan insanlar üçün lazımi təlimat verməlidir.

Endoskopiya proseduru zamanı ağrı və ya narahatlığın qarşısını almaq üçün prosedurdan əvvəl xəstəni rahatlaşdırmaq üçün sedativ üsullar tətbiq edilir. Buna görə də prosedurdan sonra xəstəyə kömək edə biləcək birinin olması vacibdir.

Endoskopiya prosedurundan əvvəl xəstə sol tərəfinə dönür və başı 90 dərəcə çevrilir. Lazım gələrsə, xəstənin bədəninə nəfəs, qan təzyiqi və ürək dərəcəsini izləmək üçün elek-
trodlar qoşulur.

– Kimlər endoskopiyadan keçə bilməz?

– Endoskopiya planlı bir prosedurdur. Tibbi vəziyyəti nəzərə alınmaqla, demək olar ki, hər bir xəstəyə tətbiq oluna bilər. Hətta ürək ritminə nəzarət edərək kardiostimulyatoru olan insanları da müayinə etmək mümkündür. Lakin məlum və ya şübhəli həzm traktının obstruksiyası hallarında, udma problemi olan insanlarda endoskopiya aparılmır.

Müsahibəni hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri