Ukrayna Rusiya “FSB“ nin binasını vurdu... Əməkdaşlar xəstəxanalıq oldu... FOTO
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX-"FSB") əməkdaşları 2 dekabrda Çeçenistanda gecə hücumu nəticəsində yaralanıb. Zərbələrdən biri idarənin Çeçenistandakı binasına dəyib.
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
Dronlar Çeçenistanın Açxoy-Martan rayonunda Rusiya "FSB" binasına zərbə endirib və nəticədə ən azı iki əməkdaş xəstəxanaya yerləşdirilib. "Astra" nəşrinin Rusiya Fövqəladə Hallar Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, onlar yaralanıb və hazırda tibbi müşahidə altındadırlar.
Bəyanatda deyilir:
"Çeçenistanın Açxoy-Martan rayonunda "FSB" binasına dron hücumu nəticəsində agentliyin 2 işçisi xəstəxanaya yerləşdirilib".
Yaralanan "FSB" əməkdaşlarının vəziyyəti və hücumda digər itkilər barədə hər hansı informasiya məlum deyil.
Bundan öncə şahidlər mediaya 2 dekabrda ərazidəki "FSB" binasına dron hücumu nəticəsində ziyan dəydiyini bildirmişdilər. Analitiklər hadisə yerindən götürülmüş foto-şəkli yoxlayıb və təsdiqləyiblər ki, orada həqiqətən də Açxoy-Martan rayonunda, Nuradilov küçəsi, 81 ünvanında yerləşən departament binası təsvir olunub.
Nəşrin məlumatına görə, Çeçenistanda 2 dekabr gecəsi baş verən hücuma Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan şöbəsinin Qudermes rayon idarəsinin binası da məruz qalıb. Lakin hələlik bunun təsdiqi yoxdur.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 Dekabr 2025 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















