Icma.az
close
up
RU
“Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi”

“Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi”

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu mövzuda Almaniyada keçirilən Beynəlxalq Nəqliyyat Forumuna ölkəmiz sədrlik edir

Almaniyanın Leypsiq şəhərində Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) İllik Sammiti işə başlayıb. Sammitin həsr olunduğu “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusu iqlim dəyişikliyi, urbanizasiya və texnoloji yeniliklər fonunda böyük əhəmiyyət daşıyır.

Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional fəaliyyətinin səmərəliliyinin artırılmasına da xüsusi diqqət yetirilib, üzv ölkələrlə konstruktiv əməkdaşlıq nəticəsində İş Proqramı üzrə razılıq əldə olunub. Azərbaycanın sədrlik gündəliyini 5 əsas prioritet üzrə formalaşdırdığını və bu sammitdə həmin istiqamətlər üzrə konkret nəticələrin təqdim olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bu tədbir dünyada nəqliyyat nazirlərinin ən böyük toplantısı olmaqla yanaşı, nəqliyyat siyasətinin formalaşdırılması üçün aparıcı qlobal platforma hesab olunur. ITF-ə üzv olan 69 ölkənin nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament üzvləri, həmçinin biznes və elm sahələrinin aparıcı nümayəndələri 2008-ci ildən etibarən hər il Leypsiqdə bir araya gələrək nəqliyyatın gələcəyini müzakirə edirlər. Ümumiyyətlə, forum 80-dən çox ölkədən 1200-dən artıq nümayəndəni əhatə edir. Bu da tədbirə marağın ildən-ilə artdığını və Forumun daha çox biznes sektorunun diqqətini cəlb etdiyini göstərir. Belə ki, şirkətlərin rəhbərləri yüksək səviyyəli müzakirələrdə iştirak edir, müəssisələr isə Sammit çərçivəsində keçirilən sərgidə öz fəaliyyətlərini təqdim edirlər.

2026-cı ildə sammit nəqliyyatda dayanıqlılıq mövzusuna həsr olunmuş 2025-2027-ci illər ITF sammitləri trilogiyasının ikinci hissəsidir. Builki Sammit nəqliyyat sistemlərinin dayanıqlılığının gücləndirilməsi yollarını araşdıracaq və bunun vasitəsilə uzunmüddətli perspektivdə nəqliyyat infrastrukturunun və əməliyyatlarının daha yaxşı əlaqələndirilməsi, səmərəliliyi və etibarlılığına nail olunması məqsədini daşıyır.

***

Qlobal iqtisadiyyatın və beynəlxalq logistika sisteminin yenidən formalaşdığı indiki mərhələdə Avrasiya məkanında yeni nəqliyyat və ticarət arxitekturası meydana çıxır. Belə bir şəraitdə Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas logistika mərkəzlərindən biri kimi ön plana çıxır və regionun nəqliyyat habına çevrilmək istiqamətində strateji rolunu daha da gücləndirir. Xəzər dənizi üzərindən keçən Orta Dəhliz artıq Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzanan bu xətt qlobal ticarət zəncirinin mühüm bağlantılarından birinə çevrilərək Avrasiyanın iqtisadi xəritəsində yeni balans formalaşdırır. Bu marşrut yüklərin daha qısa müddətdə daşınmasına, ticarət əlaqələrinin şaxələndirilməsinə və beynəlxalq bazarlar arasında dayanıqlı inteqrasiyanın güclənməsinə imkan yaradır.

Son statistik göstəricilərə əsasən, 2025-ci ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə təxminən 77 min TEU həcmində konteyner daşımaları həyata keçirilib. 2029-cu ilədək bu göstəricinin 300 min TEU səviyyəsinə yüksəldilməsi nəzərdə tutulur. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin açıqladığı məlumatlara əsasən, Bakı Beynəlxalq Dəniz Limanı fəaliyyət tarixində ilk dəfə olaraq illik konteyner aşırma həcmini 107 min TEU həddinə çatdırıb. Bu statistikaya həm TBNM çərçivəsində daşınan yüklər, həm də digər istiqamətlər üzrə həyata keçirilən daşımalar daxildir.

Hazırda yükaşırma həcmlərində qeydə alınan artım Bakı limanının Cənubi Qafqaz və Xəzər hövzəsinin əsas logistik mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir. Bu dinamika Azərbaycanın Şərq-Qərb ticarət xəttində əsas tranzit qovşaqlarından birinə çevrilməsi prosesini sürətləndirən amillərdən hesab olunur. Mühüm məqamlardan biri də odur ki, limanda tətbiq edilən rəqəmsal idarəetmə sistemləri və “yaşıl logistika” yanaşmaları Orta Dəhliz boyunca inteqrasiyanı genişləndirir. Bu yeniliklər həm yük dövriyyəsinin artmasına, həm də ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradan yeni imkanların formalaşmasına təkan verir.

Bir məqamı da diqqətə çatdıraq ki, Orta Dəhlizin əsas üstünlükləri sırasına daha qısa məsafə və tranzit vaxtı, siyasi baxımdan daha sabit marşrut, texnoloji baxımdan müasirləşdirilmiş infrastruktur və yüksək dəyərə malik, vaxt baxımından həssas yüklər üçün optimal seçim olması daxildir. Bu xüsusiyyətlər Orta Dəhlizi Avrasiya üzrə dayanıqlı və səmərəli yükdaşımaları təmin edən aparıcı nəqliyyat dəhlizlərindən birinə çevirir. Dəhlizin dəmir yolu seqmenti təqribən 4,256 km məsafəni əhatə edir və Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçir. Xəzər dənizi üzərindən keçən dəniz seqmenti isə (təqribən 508 km) Türkmənbaşı, Kuryk və Aktau limanlarını Bakı Limanı ilə birləşdirir.

Orta Dəhliz üzrə əsas yük axını Çin və Mərkəzi Asiyadan Avropa bazarlarına yönəlir. Bununla belə, Qərbdən Şərqə doğru daşımaların genişləndirilməsi istiqamətində də aktiv addımlar atılır. 2024-cü ilin noyabrında Bakıdan Sian istiqamətinə ilk ixrac blok qatarının göndərilməsi bu baxımdan əlamətdar hadisə sayılır. Eyni zamanda, 2024-cü ilin mayında Bakı-Tbilisi-Qars dəmir yolunda aparılan modernizasiya işləri marşrutun ötürücülük qabiliyyətini və çevikliyini artıraraq ikitərəfli ticarət üçün yeni perspektivlər açıb. Avropa şirkətlərinin və bir çox biznes dairələrinin bu xəttə artan marağı isə Orta Dəhlizin beynəlxalq logistika xəritəsində strateji əhəmiyyət qazandığını göstərir.

Orta Dəhliz üzrə yük daşımaları son illərdə kəskin artıb. Yüklərin həcmi 2021-ci ildə təxminən 840 min ton olduğu halda, 2024-cü ildə bu göstərici 4,5 milyon tona çatıb. Eyni zamanda, konteyner daşımalarında da son illərdə təxminən 260 faiz artım qeydə alınıb.

Şimal-Cənub Dəhlizi isə 3 əsas seqmentdən (Şərq, Trans-Xəzər və Qərb) ibarətdir və əsasən Şərq seqmenti aktiv istifadə edilir. Bu, Xəzər dənizi üzərindən Rusiya və İran limanları arasında daşımaları nəzərdə tutur. Xəzərin suyunun səviyyəsinin azalması, xüsusilə dənizin şimal hissəsində bu prosesin daha qabarıq müşahidə olunması, marşrutun effektivliyinə təsir göstərir.

Qərb seqmenti məsafə və infrastruktur baxımından ən optimal istiqamət sayılır. Azərbaycan bu sahədə infrastruktur üstünlüyü ilə seçilir və dəhlizin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. Hazırda yeganə tamamlanmamış hissə Rəşt-Astara dəmir yolu seqmentidir. Son məlumatlara görə, 162 kilometrlik xəttin 34 kilometrlik hissəsi üzrə torpaq ayrılması yekunlaşıb. Tikintinin 4 il ərzində tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Hazırda bu istiqamət üzrə multimodal daşımalar da həyata keçirilir.

Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə maraqlanan əsas dövlətlər sırasında Hindistan xüsusi yer tutur. Bu layihə vasitəsilə Rusiyanın Hindistan limanları ilə əlaqəsinin genişləndirilməsi, eyni zamanda, Cənubi Asiya, Fars körfəzi və Afrika bazarlarına daha sürətli çıxışın təmin olunması hədəflənir. Beləliklə, dəhliz Hindistan üçün yeni tranzit marşrutları və ticarət üstünlükləri formalaşdırır. Bundan başqa, marşrutun Süveyş kanalına alternativ nəqliyyat xətti kimi çıxış etməsi qlobal logistika sistemində yeni balans yarada bilər. Hindistanın Çabahar limanına, eləcə də həmin limandan Mərkəzi Asiyaya uzanan dəmir yolu layihələrinə investisiya yatırması da bu marağın praktiki göstəricisi hesab olunur. Ekspertlərin fikrincə, Rəşt–Astara dəmir yolu tam fəaliyyətə başladıqdan sonra hind şirkətlərinin dəhlizdən istifadəyə marağı daha da yüksələcək.

Digər tərəfdən, Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlıq platforması çərçivəsində də bu marşrut mühüm strateji əhəmiyyət daşıyır. Dəhliz Pakistan istiqamətində birbaşa nəqliyyat bağlantısı yaratmaqla yanaşı, İran üçün də həmin bazara çıxış imkanlarını genişləndirir. Bununla paralel olaraq, Türkmənistan–Özbəkistan–Əfqanıstan–Pakistan xəttini əhatə edən Trans-Əfqan dəmir yolu layihəsi formalaşma mərhələsindədir və gələcək perspektivdə onun Orta Dəhlizlə əlaqələndirilməsi nəzərdə tutulur. Bu kontekstdə Şimal–Cənub marşrutu İran üzərindən Pakistan istiqamətində alternativ tranzit xətti kimi strateji rolunu saxlayır.

Azərbaycan hazırda həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə regionun əsas logistik mərkəzlərindən biri kimi çıxış edir. Uzun illər ərzində nəqliyyat infrastrukturuna yatırılan sərmayələr yaxın perspektivdə daha operativ və iqtisadi baxımdan sərfəli yükdaşımaların həyata keçirilməsinə imkan verəcək. Nəticədə ölkənin beynəlxalq tranzit və logistika qovşağı kimi mövqeyi daha da güclənəcək.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see245

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see238

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see234

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see229

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see191

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see191

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see176

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see164

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see164

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see163

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see162

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see162

Futbol üzrə 2026 cı il dünya çempionatında artıq on avtoqol var

25 İyun 2026 03:06see160

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see159

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see158

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see158

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see157

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see157

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see153

Messi və Ronaldu elə bir şey etdilər ki...

25 İyun 2026 01:34see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri