Dayanmış avtobusu keçən zaman xəttin üzərinə çıxmaq olar? VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İki zolaqlı yollarda sürücülər bəzi hallarda manevr qaydasını pozaraq əks yola çıxırlar. Avtosfer.az xəbər verir ki, adətən avtobus sürücüləri dayanacaqda dayanıb sərnişin mindirib-düşürən zaman arxadan gələn sürücülər əks yola çıxaraq keçib gedirlər.
Xüsusi texniki vasitə olan yollarda həmin sürücülər barəsində inzibati cərimələr tətbiq olunur.
Bəs bu cür hallarda sürücülərin əks yola keçməsi qayda pozuntusu hesab olunurmu?
Qaydalara görə, iki zolaqlı yollarda bütöv xəttin tələbini pozmaq hər bir halda yolverilməzdir. Avtobus sərnişin mindirib-düşürdüyü üçün dayanıbsa, arxadan gələn sürücü əks zolağa çıxmamalı və avtobusun hərəkətə başlamasını gözləməlidir. Bu halda ötüb keçmək qadağan olunmuş manevr sayılır və qayda pozuntusu kimi qiymətləndirilir.
Lakin qanunvericilikdə istisna hallar da mövcuddur. Əgər avtobus və ya digər nəqliyyat vasitəsi uzun müddətli park edilibsə və ya nasazlıq səbəbindən yolun hərəkət hissəsini tutursa, bu artıq son zərurət vəziyyəti hesab olunur. Belə halda sürücünün bütöv xətti keçib hərəkət etməsi inzibati cərimə ilə nəticələnməməlidir.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















