Dayə gətirib dedi ki, anası baxmır 6 aylıq körpədən niyə imtina edilib?(VİDEO)
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ana övladından imtina edib. Dayə isə bir müddət sonra körpəyə baxa bilmədiyi üçün onu sığınacağa təhvil verib.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin əməkdaşı Yaqut Məmmədyarova bildirib ki, körpə uzun müddət ana qayğısından uzaq qalıb və heç bir sənədi yoxdur:
"Uşağın bədənində səpkilər var. Bu da ona lazımi qayğı göstərilmədiyini göstərir. Deyilənə görə, atası onun dünyaya gəlməsinə razılıq verməyib. Ana buna baxmayaraq, uşağı dünyaya gətirib. Körpəyə dayə baxıb, amma əməkhaqqı ödənməyib. Dayə də bildirib ki, artıq uşağa baxmağa imkanı yoxdur, buna görə də onu sığınacağa gətirib".
Daxili İşlər Nazirliyinin mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 Noyabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















