Icma.az
close
up
RU
De Bleker VI turdakı mübahisəli epizodları şərh edib

De Bleker VI turdakı mübahisəli epizodları şərh edib

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlarla bağlı şərh edib.

Apasport.az xəbər verir ki, Bleker “Sumqayıt” - “Sabah” matçının 16-cı dəqiqəsində hakimin doğru qərar verdiyini bildirib: 

“İmişli” – “Zirə”
36-cı dəqiqə
Top oyunda olarkən “Zirə”nin 4 nomrəli futbolçusu “İmişli”nin 9 nömrəli futbolçusunu arxadan ehtiyatsızlıqla itələdi. Hakimlər briqadası bu epizodu görmədi. VAR vəziyyəti yoxladı, lakin bu hərəkəti qırmızı vərəqə epizodu hesab etmədiyi üçün müdaxilə etmədi. (TV görüntülərində təmas nöqtəsi aydın görünmür)
Gözləntimiz “Zirə” futbolçusuna ehtiyatsız hərəkətə görə sarı vərəqə verilməsi, “İmişli”nin lehinə cərimə zərbəsi təyin olunması idi. Əgər təmas baş və ya üz nahiyəsində aydın görünərsə, onda zorakı davranışa görə qırmızı vərəqə gözlənilir.

“Sabah” – “Sumqayıt”
16-cı dəqiqə
Top “Sabah”ın 11 nömrəli futbolçusuna ötürüldü və o, topu qəbul etdikdən sonra “Sumqayıt”ın futbolçusuna (№80) qarşı ehtiyatsız şəkildə qaydanı pozdu. Hakim qayda pozuntusunu gördü, lakin üstünlük tətbiq etdi. Top oyundan çıxdıqdan sonra hakim “Sabah”ın futbolçusuna (№11) sarı vərəqə göstərdi.
Bu, düzgün qərardır, çünki “Sabah”ın futbolçusu topu almağa çalışarkən ayağının üst hissəsi ilə (tam təmas yoxdur) rəqibə toxundu. Ehtiyatsız oyuna görə sarı vərəqə doğrudur.
Əgər təmas ayaqdan yuxarı və ya güclü kontakt olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi.

45+2-ci dəqiqə
Hücum zamanı “Sabah”ın futbolçusu (№21) cərimə meydançasında topu yaxın məsafədən “Sumqayıt”ın müdafiəçisinin qoluna vurdu. “Sumqayıt”ın futbolçusunun qolu bədəninə yaxın və təbii vəziyyətdə idi. Həmçinin, o, qolunu topa tərəf yönəltmədi. Hakim oyunu davam etdirdi və VAR da hakimin qərarını dəstəklədi. Bu, hakimin düzgün qərarı idi.

78-ci dəqiqə
Hücum zamanı “Sabah”ın hücumçusu (№20) qol vurur. VAR epizodu yoxlayır və hücumun başlanğıcında “Sabah”ın oyunçusunun (№5) topa oynadıqdan sonra ehtiyatsız şəkildə “Sumqayıt”ın oyunçusunun (№21) ayağına zərbə endirdiyini görür. VAR baş hakimi epizoda baxmağa dəvət edir.
Videogörüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir, qolu ləğv edir, “Sumqayıt”ın lehinə cərimə zərbəsi təyin edir və ehtiyatsız oyuna görə “Sabah”ın oyunçusuna (№5) sarı vərəqə göstərir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir.

90+2-ci dəqiqə
“Sabah”ın hücumu zamanı hücumçu (№20) cərimə meydançasında topu qəbul edir və qol vurur. VAR epizodu yoxlayır və görür ki, “Sabah”ın hücumçusu qol vurmazdan əvvəl topa əli ilə toxunub.
Qaydalar bunu deyir: əgər oyunçu qol vurmazdan əvvəl əllə oyuna yol verirsə, qol ləğv olunmalıdır. Bu, hər zaman belədir – istər qəsdən, istərsə də təsadüfi olsun. VAR baş hakimi məlumatlandırır və o, qolu ləğv edir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir.

Millimiz Bakıda təlim məşq toplanışında olacaq I Liqa: IV turun təyinatları açıqlanıb AFFA I Liqa klublarını CƏRİMƏLƏDİ Ayxan Abbasov milliyə, Aqil Nəbiyev U21-ə: AFFA-ya qardaş məsləhəti Bakıda IV Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri