Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

“Dəbdəbəli həyatı ilə gündəm olan “influencer” insanları qıcıqlandırır” Tədbir görülməlidir

“Dəbdəbəli həyatı ilə gündəm olan “influencer” insanları qıcıqlandırır” Tədbir görülməlidir

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial mediada "Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Mehmet Fatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrə araşdırma başlanılıb.

Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsində Türkiyə millətini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və orqanlarını aşağılama ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi əsasında istintaq başladılıb.

Araşdırmaya Tançalanın toy mərasimindən sosial şəbəkələrdə yayılan və mərasim zamanı çoxlu miqdarda qızıl və digər əmlakın nümayiş etdirildiyi görüntülər də daxil edilib.

Qeyd edək ki, toy mərasimində bloqerlər Arifə Məmmədova ("baylarsoylar”) və Fidan Zeyn də iştirak edib.

Ümumiyyətlə, bloqer və influenserlərin sosial şəbəkələrdə nümayiş etdirdikləri dəbdəbəli həyat tərzi cəmiyyətdə zaman-zaman müxtəlif suallar doğurur. Xüsusilə onların gəlirlərinin mənbəyi, reklam fəaliyyətindən əldə etdikləri qazanc və nümayiş etdirdikləri bahalı həyatın bu gəlirlərlə nə dərəcədə uyğun olduğu müzakirə mövzusuna çevrilir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan "Azxeber” informasiya portalının baş redaktoru, Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli bildirib ki, bloqer və influenserlərin qazanc mənbələri hazırda dünyada geniş müzakirə olunan məsələlərdəndir:

"Düşünürəm ki, bloqer və influenserlərin qazanc mənbəyi bütün dünyada ən çox müzakirə olunan mövzulardandır. Çünki onlar daha çox dəbdəbəli həyatları ilə gündəmə gəlirlər və reklam qarşılığında qazandıqları pullar var. Lakin bu pulların qarşılığında nümayiş etdirdikləri həyat tərzi heç də hər zaman həmin gəlirlərlə uyğun gəlmir.

Türkiyədə bununla bağlı uzun illərdir araşdırmalar aparılır. Pulların yuyulması və qeyri-qanuni əldə edilməsi ilə bağlı bir çox influenserin həbs edilməsi və saxlanılması halları olub. Son günlərdə baş verən hadisə də qardaş Türkiyədə ciddi narahatlıq doğurub.

Çünki həmin toyda yayılan görüntülərdə milyonlarla dollarlıq qızılların gəlinə hədiyyə olunması ciddi suallar ortaya çıxarmışdı. Bundan sonra həmin şəxsin saxlanılması da gündəmə gəldi”.


H.Heydərli qeyd edib ki, Azərbaycanda da bloqer və influenserlərin həyat tərzi cəmiyyətin diqqətindədir:

"Ümumiyyətlə, Azərbaycanda da bu kimi hallar və bloqer, influenserlərin həyat tərzi cəmiyyət tərəfindən hər zaman böyük maraq doğurur. Müəyyən suallar var ki, bu şəxslər bəyan etdikləri reklam gəlirləri hesabına bu qədər dəbdəbəli həyatı necə yaşayırlar?

Düşünürəm ki, bundan sonrakı mərhələdə dövlət qurumları tərəfindən ciddi mexanizmlər işə salınmalıdır. Bloqer və influenserlərin cəmiyyətə açıq şəkildə verdikləri məlumatlar, cəmiyyəti aldatmaları, eyni zamanda dəbdəbəli həyatları ilə cəmiyyətə pis nümunə olmaları araşdırılmalıdır.

Onların gəlirləri şəffaf şəkildə vergi orqanlarına bildirilməlidir”.

H.Heydərli vurğulayıb ki, bloqer və influenserlər ictimai şəxslər kimi fəaliyyətlərinin məsuliyyətini də nəzərə almalıdırlar:

"Bütövlükdə bloqer və influenser olan şəxslər anlamalıdırlar ki, onlar ictimai şəxslərdir və atdıqları hər addım cəmiyyətdə sual doğura bilər. Vətəndaşlar tərəfindən verilən haqlı suallara mütləq cavab verilməlidir.

Özlərini daha təmkinli aparmalıdırlar. İnsanları öz bahalı həyatları ilə qıcıqlandırmamalıdırlar. Bu, onların gələcəkdə qarşılaşa biləcəkləri böyük problemlərin xəbərçisi ola bilər”.

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Sentyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri