Icma.az
close
up
RU
Dəcəl uşaqları cəzalandırma üsulları. TÖVSIYƏLƏR

Dəcəl uşaqları cəzalandırma üsulları. TÖVSIYƏLƏR

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Bir çox ailələrin ən ağrılı problemi uşaqların sözə qulaq asmaması və ya intizam qaydalarına əməl olunmammasıdır.

Bu istiqamətdə hər bir valideynin nəzərə almalı olduğu ən vacib məsələ uşağa aydın şəkildə izah edilmiş qaydaların olmasıdır. Başqa sözlə uşaq bilməlidir ki, nəyi etmək olar, nəyi etmək olmaz. Digər məsələ bu qaydaların daimiliyidir – siz valideyn olaraq əmin olmalısınız ki, eyni məsələ “olmaz”sa – deməli daima “olmaz”. Məsələn, əgər övladınız mobil telefonu oynadırsa və bu sizin qaydalar çərçivəsində “olmaz”lara aiddirsə deməli bu həmişə  “olmaz”lara aid olmalıdır. Təəsüf ki, bəzi ailələrdə“olar”lar və “olmaz"lar daimi xarakter daşımır.

Cəzalandırma üsullarını oxumadan öncə özünüzə bu sualları verin: Sizin ailədə intizam qaydaları aydın şəkildə müəyyən olunubmu? Sizin övladınız “olar” və “olmaz”larla tanışdırmı? Siz özünüz bu qaydalara daim, istisnalarsız əməl edirsinizmi? Hər 3 suala “bəli” cavabı verirsinizsə aşağıdakı üsullardan faydalana bilərsiniz:

Üsul 1 - Uşağın səhv hərəkətinə görə baş verən təbii nəticələrin qarşısını almayın və ya ört-basdır etməyin – Məsələn, əgər uşaq öz oyuncaqlarını sındırırsa, ona mane olmayın – bir müddət sonra o, başa düşəcək ki, oyuncaq sındıqda onunla daha oynamaq olmur, özü oyuncaqsız qalır. Aşağı yaşlardan uşaqlar başa düşməlidir ki, hər bir hərəkətin nəticəsinə görə cavabdehlik daşımaq lazımdır.

Üsul 2 - Səhv hərəkətlərin məntiqi nəticəsini uşağa nümayiş etdirin. Əgər nəticələr təbii şəkildə baş vermirsə, bu halda övladınızı öz hərəkətinin məntiqi nəticəsi ilə üz-üzə qoyun. Uşaq oyuncağını divara çırpırsa bu oyuncağı həmin gün onun əlindən alın. Bu qaydanı ardıcıl və istisnasız tətbiq edin.

Üsul 3 - Şərt qoyun. Uşaqlar 2,5-3 yaşına qədər qaydaları başa düşmək və yadda saxlamaqda çətinlik çəkirlər. Bu səbəbdən də onlar tez-tez qaydaları pozurlar. Əgər övladınız qaydaları başa düşmürsə ən məsləhət olunan üsul uşağa seçim vermək və ya şərt qoymaqdır. Məsələn, uşaq əgər planşetlə oynamaq istəyirsə “nə vaxt yeməyini yeyib bitirsən, o zaman planşeti götürə bilərsən” deyə bilərsiniz. Və ya əgər uşaq üst geyimini geyinmək istəmirsə ona “Yaxşı, onda gərək paltarı əlində aparasan” deyə bilərsiniz.

Üsul 4 – Sevimli əşyadan və ya fəaliyyətdən məhrum edin. Bu çox sadə üsuldur, əgər övladınız “olmaz”lara aid nəsə edirsə onu sevdiyi oyuncaqdan və ya fəaliyyətdən məhrum edə bilərsiniz. Amma məhrum etdiyiniz şey o qədər də zəruri bir şey olmalı deyil. Məsələn, uşağı yeməkdən məhrum etmək olmaz! Hansısa oyuncaqdan, həyətdə keçirdiyi vaxtdan və ya ailənizə aid olan başqa bir fəaliyyətdən onu məhrum edə bilərsiniz.

Üsul 5 -  Səsinizi ucaldın. Övladınızı cəzalandırarkən səsinizin tonunu qaldıra bilərsiniz. Amma unutmayın ki, uşağın üstünə bağırmaq və ya onu təhqir etmək olmaz. Sadəcə olaraq daha yüksək səslə onun qaydalardan kənara çıxdığını xatırladın.

Üsul 6 - Küncə qoyun. Bu metod klassik metoddur və uzun müddətdir ki, bizim ailələrdə və məktəblərdə cəza metodu olaraq tətbiq olunur. Cəza metodu kimi, uşağı öz otağına göndərməyin. Daha çox ona vaxt yaradın ki, bir az tək qalıb öz əməli haqqında düşünsün. Bu zaman onun yanında dura bilərsiniz. Bəzi psixoloqlara görə uşağı küncə qoymaq düz cəza tədbiri deyil.  Valideynlər daha çox vaxtdan istifadə edib uşaqla etdiyi hərəkət barədə danışmalıdır.

Üsul 7 - Övladınızı vurursunuzmu? Müasir zamanda demək olar ki, bütün psixoloqlar “vurmaq” və ya “uşaq döymək” kimi üsulları qətiyyətlə inkar edirlər. Bu üsul uşaqlarda aqresiyyanı artırır və bir o qədər nəticə vermir. Bununla belə, bir çox valideynlər bu üsuldan istifadə edir. ABŞda keçirilmiş bir sorğunun nəticəsinə görə 10 valideyndən 8-i uşaqları hərdən-bir vurmağı məqbul hesab edir.  86% iştirakçı isə uşaq vaxtı valideynləri tərəfindən döyüldüklərini qəbul edirlər. Bu üsulu məsləhət görmürük. Bu mövzuya ayrıca olaraq qayidacağıq.

Valideyn.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri