Icma.az
close
up
RU
Dedi ki, 93 min dollar donorun qiymətidir Talassemiyalı uşaqların pulunu ələ keçirən dəstənin cinayət işi

Dedi ki, 93 min dollar donorun qiymətidir Talassemiyalı uşaqların pulunu ələ keçirən dəstənin cinayət işi

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramovanın vəkilləri yenə iştirak etməyib.

Hakim Azad Məcidov buna irad bildirib: "Təqsirləndirilən A.Bayramovanın üç vəkili var, amma heç biri iştirak etmir. Buna səbəb də bildirməyiblər. Bura insanlar rayondan gəlir. Vəkillərinə de ki, məsuliyyətli olsunlar".

Bu səbəbə görə prosesə fasilə verilib.

Daha sonra vəkil prosesə qatılıb və gecikdiyi üçün üzr istəyib. Sədr vəkilə vaxtında gəlmədiyi üçün irad bildirib.

Daha sonra zərərçəkən Ramin Dadaşov ifadə verib. 

O bildirib ki, bir övladı talassemiya xəstəliyindən dünyasını dəyişib:
"Daha sonra ikinci uşağım dünyaya gəldi. Onda da talassemiya xəstəliyi tapıldı. Aysel Məmmədovayla danışıb, vəziyyəti izah etdim. Dedi ki, əməliyyat üçün 80 min dollardan artıq vəsait lazımdır. Daha sonra qohumum Mayis Bayramova 30 min dollar verdim ki, Nuridəyə versin. O, 30 min dollar pulu Toğrulun yanında Nuridəyə vermişdi. Mayisin oğlu da xərçəng xəstəsi idi. Bu səbəbdən Nuridəgili tanıyırdı.  Daha sonra talassemiya qrupunda Nuridənin ölkədən qaçdığı barədə məlumat oxudum. Ayseldən soruşanda  dedi ki, Nuridə həbs olunub. A.Məmmədovanın dayısı mənə 15 min manat qaytarıb. Hazırda hər iki şəxsdən qalan 36 min manatı tələb edirəm".

Zərərçəkən Kəmalə Nuriyeva xəstə övladını Tallesimiya mərkəzində qan köçürməyə apararkən yardım edən şirkətlə bağlı xəbərlər eşidib və orada Aynur Bayramova ilə tanış olub: " A.Bayramova mənə yardım edəcəyini söylədi. Bir müddət sonra zəng edib donorun tapıldığını söyləyib məni o qədər sevindirdi ki, elə bildim yenidən dünyaya gəlmişəm. Düşünürdüm ki, o, bir mələkdi. Dedi ki, 93 min dollar donorun qiymətidir. Lakin, aksiya var, 20 min dollar versəm kifayətdir. Nəyim var satdım. Tək anayam və o, tək övladımdır deyə bütün qohumlarım mənə pul göndərdi. Mən hazırda bu pulu Aynur Bayramova və Nuridə Seyidovadan tələb edirəm".

Zərərçəkən Solmaz Eyvazova bildirib ki, o, xəstə nəvəsinə donor axtarıması üçün Aysel Məmmədovaya 6800 manat pul ödəyib. Bir müddət sonra isə uşaqların müalicə üçün göndərilməsi ilə məşğul olduğunu iddia edən Aynur Bayramova ilə tanış olub: "Çinar Plazada təqsirləndirilən hər üç şəxs ilə bu məsələni danışdım. Aysel Məmmədova məndən 30 min dollar pul istədi. Aynur Bayramova isə 15 min dolların kifayət edəcəyini dedi. Mən 25.500 manat Nuridə Seyidovaya verdim. Yan otaqdan bir oğlan gəlib saydı. Mən 15 min dolları N.Seyidovadan, 6 min 800 manatı Aysel Məmmədovadan tələb edirəm".

Nuridə Seyidova pulu aldığını qəbul edib. Lakin, pulu Aynur Bayramovaya verdiyini deyib. A.Bayramova isə həmin vaxt Türkiyədə olub.

Digər zərərçəkən Ceyran Musayevanın nəvəsi talassemiya xəstəsidir. O da Aynur Bayramova ilə Talassemiya mərkəzində tanış olub:
"Aynur Bayramova və onun vasitəsilə tanış olduğum Nuridə Seyidova ilə kafedə oturmuşduq. Onlara əlimdə olan 20 min manat pulu verdim. Aynur Bayramova da dedi ki, gətir, 300 dollar da ver, nəvənin qanını götürüm, gedim donor axtarım. Daha sonra dedi ki, donor Polşadan tapılıb. Qızım o zamanlar hamilə idi. Onun övladı dünyaya gəldikdən sonra belə onlardan səs çıxmadı. Qızım da kürəkənimlə birgə Samsuna getdilər. Orada öyrəndilər ki, adımıza pul köçürülməyib. Orada da çox xərcimiz çıxdı. Hazırda 20 mini və Samsunda xərclədiyim 13 mini Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Növbəti proses fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Yanvar 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see277

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see265

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see258

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see227

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see215

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see150

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri