Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Dedilər, Heydər Əliyev zəng edəcək, məni həyəcan bürüdü” XATİRƏLƏR

“Dedilər, Heydər Əliyev zəng edəcək, məni həyəcan bürüdü” XATİRƏLƏR

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 12-si Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

O, 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda I Fəxri xiyabanda dəfn olunub.

Moderator.az bildirir ki, Musavat.com vaxtı ilə Ulu Öndərlə yaxından təmasda olmuş və onunla birgə səfərlərdə, tədbirlərdə olan şəxslərin xatirələrini qələmə alıb.

Onlardan biri də vaxtı ilə təhsil naziri olmuş, hazırda isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi fəaliyyət göstərən Misir Mərdanovdur.

Onun Heydər Əliyevlə bağlı xatirəsindən bir hissə:

“Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi dövrdə Heydər Əliyev siyasi büronun üzvü idi. Qazaxıstan prezidenti Dinməhəmməd Kunayev vəzifəsindən azad edilmişdi. Onun yerinə kimin gəlməsi məsələsi siyasi büroda müzakirə olunanda Qorbaçov deyir ki, “filankəsin namizədliyini irəli sürürəm, kim razıdır”. Hamı əlini qaldırır, etiraz edən yalnız Heydər Əliyev olur. Bu, Qorbaçova çox pis təsir edir, ondan səbəbini soruşur.

Heydər Əliyev deyir ki, axı, sizin ora təyin etmək istədiyiniz şəxs qazax xalqını tanımır, Qazaxıstanda bir gün də olmayıb. Qorbaçovun Heydər Əliyevə münasibəti həmin dövrdən əks istiqamətə getməyə başladı.

Digər bir xatirəmi də nəql edəcəyəm. Azərbaycanla Türkiyə arasında münasibətlər hələ indiki səviyyədə deyildi. Həmin vaxt mən təhsil naziri vəzifəsində çalışırdım. Türkiyə səfirliyi və hökuməti Azərbaycana müraciət etmişdi ki, ölkəmizdəki dövlət məktəblərindən biri Türkiyə tərəfindən idarə olunan təhsil müəssislərinə verilsin. Bu, çox sadə məsələ deyildi. Çünki Azərbaycanda bu işin əleyhinə olan adamlar var idi. Mən də bu məsələ həll olunmadan Türkiyədə rəsmi səfərdə idim.

Prezidentin köməkçisi Tariyel Ağayev zəng etdi, məndən harada olduğumu soruşdu, dedim, Ankaradayam. Dedi, Heydər Əliyev səninlə danışmaq istəyir. Məni həyəcan bürüdü. Heydər Əliyevlə telefon dialoqum belə oldu:

- Sən Anadolu liseyinə bina verməli idin. Onu həll etmisənmi?

- Xeyr.

- Niyə?

- Müəyyən hüquqi sənədlər tərtib etmək lazımdır...

- Geriyə dönən kimi o məktəbi Türkiyə səfirliyinə təhvil ver”.

Xalq şairi Sabir Rüstəmxanlı da xatirələrini bölüşüb.

“Heydər Əliyevin rəhbərliyi altında Çinə səfər etmişdik. Səfərin sonuncu günü ziyafət məclisi oldu. Hər kəs Ulu Öndər haqqında sağlıq dedi. Mən susmuşdum. Dedi, sən niyə susursan. Dedim, sizin üçün çox gözəl sağlıqlar deyildi. Mən bir söz deyəcəyəm, o sağlıqlar unudulacaq və mənim sözüm sizin yadınızda qalacaq. Dedi, de də, mən də onu gözləyirəm. Dedim, mən sizin müxtəlif şəxslərlə görüşlərinizi izlədim. Görürdüm ki, Allah sizi Çin kimi böyük dövlətləri idarə edəsiniz deyə yaradıb. Dünyanın böyük dövlətlərini rahatlıqla idarə edərdiniz. Bu potensialı görürəm. Təəssüf ki, 9 milyonluq Azərbaycana rəhbərlik edirsiniz. Güldü, dedi ki, sən bəlkə də zarafat edirsən, amma mən özüm bu barədə çox düşünmüşəm”.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın xatirələri:

“Deputatlıq müddətim bitəndə də Heydər Əliyevin Türkiyə səfərləri zamanı hər dəfə onu hava limanında qarşılayırdım. Öz üzərimə düşən bütün vəzifələri yerinə yetirirdim. Ən son ziyarəti zamanı İstanbul hava limanında görüşərkən dedi: “Naxçıvan-İğdır sərhədində bir sıra problemlər var. Mən onu qardaşım Süleyman Dəmirələ deyəcəyəm. Sən də bu məsələni nəzarətdə saxla”. Dedim, əlbəttə, cənab prezident. Geri qayıdarkən dedi, sağ ol, o iş həll olundu.

Daha bir xatirə: “İğdırdan millət vəkili idim. Mərhum Hüseyn Cavidin anım mərasimi idi. Heydər Əliyev həmin tədbirə məni özəl olaraq dəvət etmişdi. O zamankı İğdır valisinə zəng etdim. Böyük konvoyla Naxçıvana getdik. Çox yağışlı hava idi. Orada bir qisim adam gördüm. Soruşdum ki, bunlar kimlərdir? Dedilər, Heydər Əliyevin dostlarıdırlar. Aralarında millət vəkilləri, sənətçilər var idi. Hər kəs danışdı. Heydər Əliyev kürəyimə toxundu, dedi, “gənc millət vəkili, sən də çıxış et”. Bir anda özümü itirdim... Təcrübəli, insana, dostlarına dəyər verən insan idi. Həmin axşam məni qonaq da etdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri