Icma.az
close
up
RU
DeepSeek in arxasında kim var? Bazarları alt üst edən şirkətin sirri

DeepSeek in arxasında kim var? Bazarları alt üst edən şirkətin sirri

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ-ın texnologiya nəhəngləri illərdir Çin şirkətlərinin süni intellekt sahəsində onları kölgədə qoyacağından narahatdır. Bu qorxu bu həftə gerçəyə çevrildi, lakin gözlənilməz bir yerdən - indiyədək adı çox da eşidilməmiş "DeepSeek" adlı startapdan.

Qaynarinfo xəbər verir ki, Çində texnologiya sektoru deyildikdə adətən "Baidu", "Alibaba", "Tencent" və "Xiaomi" kimi nəhənglər ağla gəlir. Ancaq iOS tətbiq mağazasının zirvəsinə çıxan və ABŞ birjalarını sarsıdan süni intellekt tətbiqi bu şirkətlərdən heç birinə aid deyil. Cəmi iki il əvvəl qurulan "DeepSeek" süni intellekt yarışında analitiklərin "Sputnik anı" kimi qiymətləndirdiyi bir hadisəyə imza atıb.

Açıq süni intellekt modelinə qarşı Çin həmləsi

ABŞ-lıları daha çox narahat edən isə "DeepSeek R1" adlı süni intellekt modelinin cəmi 6 milyon dollarlıq büdcə ilə hazırlanmasıdır. Müqayisə üçün, "OpenAI"ın ən böyük investoru olan "Microsoft" təkcə 2024-cü ildə süni intellekt infrastrukturu üçün 80 milyard dollar ayırmağı planlaşdırır.

Bu vəziyyət "DeepSeek"in arxasında kimin dayandığını və necə bu qədər qısa müddətdə belə böyük bir uğura imza atdığını daha da maraqlı edir.

"DeepSeek"in sirli qurucusu: Lianq Venfenq

"The Guardian" xəbər verir ki, "DeepSeek" 2023-cü ilin mayında yaradılıb və onun qurucusu Çinin Quandun əyalətindən olan hedge fon meneceri Lianq Venfenqdir. O, yüksək mənfəət əldə etməyi hədəfləməyən, sırf araşdırmalara yönəlmiş bir süni intellekt institutu qurmaq istədiyini bildirib.

"DeepSeek" ötən il də daha erkən bir süni intellekt modeli təqdim edərək texnologiya sektorunda maraq doğurmuşdu. O zaman Lianq Çin mediasına verdiyi açıqlamada bu sözləri demişdi:

"Bizim məqsədimiz nə pul itirmək, nə də böyük mənfəət əldə etməkdir. Fərasətlə varlanmaq üçün deyil, texnologiyanın ön cəbhəsində yer almaq və süni intellekt ekosisteminin inkişafına töhfə vermək üçün buradayıq".

Lianqın bir çoxları üçün müəmmalı şəxs olması da diqqət çəkir. Onun yeganə fotolarından biri Çin televiziyası CCTV-dən alınmış bir ekran görüntüsüdür.


"DeepSeek"in maliyyə dayağı: "High-Flyer Capital"

"DeepSeek"in tədqiqatlarını Lianqın 2015-ci ildə qurduğu "High-Flyer Capital" adlı hedge fonu maliyyələşdirir. Zeyanq Universitetində elektron informasiya mühəndisliyi üzrə təhsil alan Lianq daha sonra süni intellekt sahəsinə yönəlmək üçün böyük proqram təminatı şirkətlərində çalışıb.

"High-Flyer Capital" süni intellekt proqramlarından istifadə edərək səhmlərin qiymətindəki tendensiyaları müəyyənləşdirmək və bu yolla böyük sərvət qazanmaqla tanınır. 2021-ci ildə yayımlanan bir hesabatda fondun idarəsində olan aktivlərin ümumi dəyərinin 100 milyard yuanı (təxminən 13,8 milyard dollar) keçdiyi bildirilmişdi.

Həmin dövrdə Lianqın əlində böyük miqdarda "Nvidia" GPU çipləri olduğu barədə də şayiələr yayılmışdı. İddialara görə, 2021-ci ildə o, şəxsi istifadəsi üçün 10 minədək "Nvidia" çipi almışdı, bu isə həmin vaxt Çində ən iri texnologiya şirkətlərindən başqa heç kimdə yox idi.

Lianq 2023-cü ildə bu barədə danışaraq belə bir açıqlama vermişdi:

"Çoxları bunun arxasında gizli bir biznes planı olduğunu düşünəcək, amma gerçək səbəb sadəcə maraqdır".

ABŞ-ın çip embarqolarına baxmayaraq uğur

Lianqın "marağı"nın zamanlaması da təsadüfi deyil. 2022-ci ildə ABŞ prezidenti Co Bayden Çin şirkətlərinin qabaqcıl süni intellekt texnologiyalarına çıxışını məhdudlaşdırmaq üçün yarımkeçiricilərə ciddi ixrac qadağaları tətbiq edib.

Bunun nəticəsində "Nvidia"nın qabaqcıl H100 çiplərinin Çinə satışı qadağan edilib. Şirkət Çin bazarı üçün daha zəif versiya - H800 çiplərini hazırlayıb, lakin 2023-cü ildə ABŞ bu çiplərin də satışını qadağan edib.

Lianq bu məsələyə toxunaraq bildirib: 

"Bizim üçün heç vaxt əsas problem maliyyə olmayıb. Ən böyük çətinliyimiz müasir çiplərə qoyulan sanksiyalar olub"

"DeepSeek" yalnız Çinli mühəndislərlə çalışır

"DeepSeek"in işçi heyəti də fərqli strategiya izləyir. Şirkət əsasən Çində təhsil almış yerli mühəndislər və proqramçılarla işləyir. Hanqçou şəhərində yerləşən kampus ABŞ və ya digər ölkələrdən mütəxəssisləri cəlb etmək əvəzinə, Çində yetişmiş istedadlı şəxslərə üstünlük verir.


Maraqlıdır ki, Hanqçou eyni zamanda e-ticarət nəhəngi "Alibaba"nın da qərargahının yerləşdiyi şəhərdir.

"DeepSeek"in uğuru Çinli alimlərin ABŞ-ın maneələrini aşmaq üçün bir yol tapdığına işarə edə bilər. Bu, ABŞ-ın ixrac məhdudiyyətlərini daha da sərtləşdirməsinə səbəb ola bilər və ya bu məhdudiyyətlərin heç bir nəticə vermədiyini göstərərək fərqli bir yanaşmaya yol aça bilər.

Şübhələr və tənqidlər

Buna baxmayaraq, bəzi analitiklər "DeepSeek"in iddialarına ehtiyatla yanaşır. ABŞ-lı süni intellekt sahibkarı Aleksandr Vanq CNBC-yə açıqlamasında "Çin laboratoriyalarında insanların düşündüyündən daha çox H100 çipi var" deyərək "DeepSeek"in gizli çip ehtiyatına sahib ola biləcəyini bildirib.

Jurnalist Karen Hao isə X platformasında paylaşım edərək "DeepSeek"in innovasiyasının məhz bu məhdudiyyətlər sayəsində mümkün olduğunu iddia edib.

Digər tərəfdən, şirkətin "Nvidia" kimi iri texnologiya şirkətlərindən yüksək maaşlar təklif edərək istedadlı mütəxəssisləri transfer etdiyi bildirilir. "Zhipin" iş platformasında "DeepSeek"in mühəndislərinə aylıq 60 min yuan (təxminən 8,300 dollar) maaş təklif etdiyi görünür. Bu rəqəm "Tencent" və digər texnologiya nəhənglərində orta hesabla 35 min yuan civarındadır.

Bütün bunlara baxmayaraq, Lianq Venfenq diqqətdən kənarda qalmağa üstünlük verir. Onun bir sinif yoldaşı Çin mediasına bildirib ki, Lianq son günlərdə əlaqə saxladıqda "Çin Yeni ili üçün vətənə dönəcəyini, lakin gizlənəcəyini" söyləyib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri