Ermənilərin Qarabağ “davası” “ərazi xarakteri” daşımayıb? YALANIN YEKƏSİ
Icma.az bildirir, Tribuna portalına istinadən.
Ermənistanda son günlər aktivləşən “Qarabağ məsələsi” ətrafında müzakirələrə yeni “sifət”lər qoşulmağa başlayıb.
Tribuna.az xəbər verir ki, bitmiş məsələni yenidən qaldırıb, təkrar bir də münaqişə yaratmaq istəyənlərin əksəriyyəti Ermənistandakı revanşist qüvvələrin əlaltılarıdır.
Onlardan biri olan ekspert Vahram Mirakyan deyib ki, onların məqsədi başqa olub. “Bizim münaqişəmiz Qarabağın məğlubiyyəti ilə bitməyib. Bu mübarizə davam edir”.
Daha sonra o iddia edib ki, guya, apardıqları “mübarizə” heç vaxt ərazi xarakteri daşımayıb.
P.S. Maraqlıdır, əgər Qarabağ məsələsi ərazi davası yox, ideoloji məsələ idisə, Azərbaycanın 20 faizini niyə işğal etmişdilər? Niyə 1 milyona yaxın insanı öz doğma yurd-yuvasından didərgin salmışdılar? Niyə Xocalıda, Qaradağlıda, Ağdabanda kütləvi qətliam törətmişdilər?
Əgər məsələ ərazi xarakteri daşımırdısa, Azərbaycan ərazilərini niyə 30 il işğalda saxlamışdılar? Silahlı dəstə yaradıb, separatçılıqla, terrorçuluqla məşğul olmuşdular?
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 03 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















