Icma.az
close
up
RU
“DeepSeek” tələsi: təcavüzkarların yeni zərərli proqramı məşhur neyroşəbəkəni təqlid edir

“DeepSeek” tələsi: təcavüzkarların yeni zərərli proqramı məşhur neyroşəbəkəni təqlid edir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Windows” üçün “DeepSeek-R1” alətini yükləməyi təklif edən fişinq saytı əvvəllər məlum olmayan məlumat oğurluğu troyanını yayır.

Bizimyol.info şirkətə istinadən xəbər verir ki, Kaspersky GReAT-ın (Kaspersky-nin qlobal tədqiqat və təhlil mərkəzi) mütəxəssisləri “DeepSeek”in rəsmi veb-saytını imitasiya edərək masaüstü kompüterlər üçün “DeepSeek-R1” modelini yükləmək təklif olunan fişinq resursu aşkar ediblər. Amma əslində “Windows” üçün tətbiq adı altında qurbanın trafikinə müdaxilə edən və onların onlayn fəaliyyətinə nəzarət edən yeni zərərli proqram yayılır. Mütəxəssislər bu troyana “BrowserVenom” adını veriblər. Müxtəlif ölkələrdə istifadəçilər bu zərərli kampaniya ilə qarşılaşıblar: Braziliya, Meksika, Hindistan, Nepal, Cənubi Afrika, Misir və Kuba.

Saxta “DeepSeek” saytı. Təcavüzkarlar axtarış xidmətlərində reklam vasitəsilə fişinq resursunu təbliğ edirlər. İstifadəçilər internetdə “deepseek r1” axtarmağa çalışarkən saxta resursla qarşılaşmaq riski ilə üzləşirlər. İstifadəçi saxta səhifəyə daxil olan kimi onun masaüstü kompüterinin əməliyyat sisteminin avtomatik yoxlanılması işə salınır. Əgər əməliyyat sistemi “Windows”dursa, ekranda “İndi cəhd edin” peyda olur.

“BrowserVenom” troyanı. İstifadəçi həmin düyməyə klikləyərsə, kompüterə “AI_Launcher_1.21.exe” adlı zərərli quraşdırıcı yüklənəcək. Daha sonra ona “DeepSeek”i “Windows”da yerli olaraq işə salmaq üçün qanuni alətlərdən birini – “Ollama” və ya “LM Studio”nu yükləmək təklif olunacaq. İstifadəçi həqiqətən neyron şəbəkəsinə çıxış əldə edəcək və paralel olaraq “BrowserVenom” onun cihazına nüfuz edəcək. Troyan sertifikatların saxlanıldığı yerdə zərərli sertifikat quraşdırır və təcavüzkarların uzaq serverindən istifadə etməyə məcbur etmək üçün yoluxmuş kompüterdə brauzerləri konfiqurasiya edir. Bu yolla onlar qurbanın məxfi məlumatlarını toplaya və trafikin şifrəsini açaraq onun onlayn fəaliyyətini izləyə bilərlər.

"Neyroşəbəkə proqramları və vebsaytları adı altında təcavüzkarlar zərərli proqram və fişinq resurslarını aktiv şəkildə yayırlar. Biz “ChatGPT”, “Grok” və “DeepSeek”i təqlid edən troyan və zərərli skriptləri görmüşük. Dünyanın bir sıra ölkələrində istifadəçilər yeni kampaniya ilə qarşılaşıblar. İstisna olunmur ki, təcavüzkarlar oxşar sxemlərdən həm də digər bölgələrdə istifadə edə bilərlər. Buna görə də məxfi məlumatları daxil etməzdən və ya proqramları yükləməzdən əvvəl vebsaytları yoxlamaq çox vacibdir və kibertəhlükələrdən qorunmaq üçün təhlükəsizlik həllindən istifadə etməkdə fayda var", - deyə Kaspersky GreAT-ın Rusiya üzrə rəhbəri Dmirti Qalov bildirir.

Kaspersky məhsulları zərərli “BrowserVenom” troyanını “HEUR:Trojan.Win32.Generic” və “Trojan.Win32.SelfDel.iwcv” kimi müəyyən edərək ondan qoruyur.

Kaspersky GReAT haqqında

Kaspersky-nin qlobal tədqiqat və təhlil mərkəzi (GReAT) 2008-ci ildə yaradılıb. Onun vəzifələrinə ən mürəkkəb hücumları, kibercasusluq kampaniyalarını, yeni yoluxma üsullarını, sıfır gün zəifliklərindən istifadə edən eksploytları tapmaq və araşdırmaq daxildir. Bu gün mərkəzin komandasına dünya üzrə Avropa, Rusiya, Cənubi Amerika, Asiya və Yaxın Şərqdə çalışan 30-dan çox ekspert daxildir. Onlar kibercasusluq və kibertəxribat kampaniyaları da daxil olmaqla ən mürəkkəb hücumların araşdırılmasında əldə etdikləri nailiyyətlərlə tanınırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 İyun 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri