Icma.az
close
up
RU
“Dəfələrlə təkrarlanan yalan həqiqət kimi qəbul edilir” İkinci Dünya Müharibəsində Almaniya təbliğatını bu prinsip üstündə qurmuşdu KONKRET

“Dəfələrlə təkrarlanan yalan həqiqət kimi qəbul edilir” İkinci Dünya Müharibəsində Almaniya təbliğatını bu prinsip üstündə qurmuşdu KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Stalin Leninin təlimlərini təhrif etdi, ordunun qanını repressiyalarla sordu və milyonlarla insanı qətlə yetirdi. Almaniya SSRİ-nin hücumunun qarşısını aldı. Almanlar sizə azadlıq, xoşbəxtlik və demokratiya gətirir”. Bu sözlər Böyük Vətən Müharibəsi dövründə müharibə bölgələrində yayılan alman vərəqələrindəndir.

Ruha  zərbənin forması

Napoleon deyirdi: “Mənəvi amil materialın üçdə biridir”. Bir güllə bir əsgəri öldürür. Bir çaxnaşma bütün  taqımı uçruma aparır. Ağ vərəqədə yazılan təsirli cümlələr isə ən güclü silaha bəbarərdir.  Hitlerə görə  Almaniyanın dəhşətli məğlubiyyətinə səbəb  düşmən təbliğatı idi. SSRİ-yə hücumda almanlar təkcə səngərlərdə vuruşmurdular. Alman təbliğat maşını  həm də Sovet əsgərlərinin  psixikasına təsir göstərməyin yollarını axtarırdı. Yeri gəlmişkən, ideyalar çox praqmatik idi. Heç bir halda  inqilabdan əvvəlki nizama qayıdış vəd edilmirdi. Kütlələrə təsir mexanizmi diqqətlə işlənilmişdi. Hitlerin sevimli kitablarından biri  Qustav Le Bonun “İzdihamın psixologiyası” əsərində kütlə tək bir varlıq kimi təsvir edilirdi. Emosional, axmaq adam  mətni deyil, şəkilləri qəbul edir. Bunu təkrar etmək lazım idi. Dəfələrlə təkrarlanan yalan həqiqət kimi qəbul edilir.

Təbliğat istiqamətləri

“Bu yəhudidir, sənin qanından qazanc əldə edir. Onlar Stalinlə razılaşıblar ki, sən ölməli, o isə  varlanmalıdır. Komandiriniz qorxaq və axmaqdır. Formanız yöndəmsizdir. Tankınız yararsızdır. Amma almanlara baxın, o, mədənidir və sizi azad etməyə gəlib. Onun gözəl tikişli forması var, əla atıcıdır və qeyri-adi  silahı var. Müqavimət əbəsdir!” Başlanğıcda nasist təbliğatının amalı sovet əsgərlərinin qiyamına nail olmaq  və onların Vermaxt sıralarına daxil etmək idi. Yeni vərəqələrdə yazılırdı: “Artıq bir çox yerlərdə 52 min Sovet əsgəri öz komandirlərini öldürərək Almaniya tərəfə keçdi”. Ancaq almanlar başa düşdülər ki, bu təbliğat onlara üstünlük gətirməyəcək. Ona görə də başqa tezis ortaya atıldı: “Biz Rusiya ilə deyil, bolşeviklərlə vuruşuruq, bizim sadə insanlarla işimiz yoxdur”, mövzuları gündəmə gətirildi.  Tezliklə komandirlərlə bağlı vərəqələr görünməyə başladı: “Şərəfiniz arxa siçovulların nəzarətinə tabe olmağa imkan verirmi?” Daha sonra alman təbliğat maşını fərqli üsula əl atdı. Kəndlilərə  şəxsi torpaqlarının vergidən tamamilə azad edilməsi vəd edildi. Onlara  din azadlığı söz verildi.Təbliğat materialları müxtəlif formatlarda hazırlanırdı. Salfet kağızından tutmuş, böyük vərəqələrə, əsaslı broşuralara qədər hər şeyə əl atırdılar.  Şüşə və ya silah şəklində “oyuncaq” vərəqələr də var idi. Almanların bununla nə demək istədikləri o qədər də aydın deyil. Təbliğat tezislərinə dəmir yolu biletlərinin, pulların üzərində də rast gəlinirdi: “Rus, imtina et!” Bir çox müraciətlər fotoşəkillər və ya rəsmlərlə təsvir edilirdi. Burada kifayət qədər peşəkar və zərərli karikaturalar almanların işinə yarayırdı.    Hitlerin təbliğat maşını daha çox  “SSRİ-də vətəndaş müharibəsinin tarixi”ndən bəhs edib. Bunun üçün çoxlu   illüstrasiyalar çəkilib. Sovet zabitini “yəhudi siyasi təlimatçı” kimi qələmə verirdilər.

Ən mübahisəli şüar

“Yəhudi-siyasi təlimatçını  döyün, onun üzü kərpic istəyir!” şüarı  yəqin ki, o dövrdə alman təbliğatının ən populyar  şüarlarından idi. Hətta almanlarla əməkdaşlıq edənlər də bu şüarı  rədd edirdilər. Bu ideya Baltikyanı alman mühacirlərdən gəlmişdi və təbliğat şöbəsində kimsə bu şüarı bəyənmişdi. Beləliklə, 160 milyon nüsxə ilə şüar  çap olundu. 1942-ci ilin yazında almanlar anladılar ki, bu mövzunun onların təbliğatına təsiri yoxdur.

Almanlar tərəfə keçən Vlasov

Vlasovun almanlarla əməkdaşlığı heç bir silahlı birləşmənin yaradılması demək deyildi. Vərəqələrdə Vlasovçular  döyüşə atılan  qüdrətli qüvvə kimi təqdim olunurdu. Vlasovun Almaniya ilə şərəfli sülh və standart alman vədləri (şəxsi və ev toxunulmazlıq və s.) tələb edən “Smolensk müraciətinə” gəlincə, bu vərəqələrin işğal olunmuş ərazilərdə yayılması qadağan edildi.

Erenburqla mübahisə

Erenburq mətnlərinin populyarlığını şübhəsiz ki, polemik vərəqələr sübut edir. Almanlar sadə bir fikri çatdırmağa çalışırdılar: bu yəhudidir yalan danışır. Alman ordusu sivil, mədənidir; həm məhbuslara, həm də mülki şəxslərə hörmətlə yanaşır.

Yüz milyonlarla vərəqə, broşüra və saxta qəzetlər nə dərəcədə təsirli idi?

1941-ci ilin yayında və payızında demək olar ki, bütün məhbuslara vərəqələr verilmişdi.  Sovet  əsgərləri almanların “şərq ərazilərinin” əhalisinə əsl münasibətini başa düşdükcə və hərbi əsirlərin taleyi haqqında öyrəndikcə təbliğatın effektivliyi azalmağa başladı. İştirakçıların xatirələrinə görə, Stalinqrad döyüşü zamanı, hər yerə səpələnən  alman elanlarıın zərrə qədər mənası qalmamışdı. Vlasovun müraciətləri demək olar ki, nasist təbliğatına yeni nəfəs verirdi. Onların ana dili rus dili olduğundan, şüarlarını da təmiz rus dilində uydurmağı gözəl bacarırdılar. Almanlar burada da uğursuz idilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri