Icma.az
close
up
RU
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif Qarabağ variantı işə düşə bilər

Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif Qarabağ variantı işə düşə bilər

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı münaqişənin “həlli” üçün irəli sürdüyü Zəngəzur dəhlizinə 100 illik nəzarət təklifi Cənubi Qafqazda geniş müzakirələrə səbəb olub.

Ermənistan hökuməti təklifə dərhal münasibət bildirərək onu rədd etdiyini açıqlasa da, daha sonra baş nazir Nikol Paşinyan bu məsələnin müzakirə edildiyini bildirdi. Hətta İrəvan hökuməti Ağ Evin planının icrasının ölkənin yurisdiksiyası və suverenliyi daxilində həyata keçirilməsinin mümkün ola biləcəyi mesajını verdi. Maraqlıdır ki, Azərbaycan sözügedən təklifə hələlik hər hansı şərh verməyib. Bakının susqunluğu bu məsələyə yanaşması ilə bağlı müxtəlif suallar doğurur.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Bakı bu təklifə münasibət bildirməməklə ən doğru variantı seçir:

“Çünki Zəngəzur dəhlizinə dair son qərar Ermənistan tərəfindən verilməlidir, bu, onun ərazisidir. Oradan keçəcək kommunikasiya xətti ilə bağlı Ermənistanın mövqeyi əsas götürüləcək. Bu məsələ birbaşa Azərbaycanın maraqlarına toxunur. Ən optimal və unikal yol, əlbəttə ki, Bakı və İrəvanın öz aralarında qərar qəbul edib birgə tədbirlər həyata keçirməsi olardı. Lakin hazırkı şəraitdə, bu, real görünmür. Əgər sülh müqaviləsi imzalanar və etimad mühiti formalaşarsa, tərəflər sonrakı prosesdə məsələni özləri həll edə bilər. Amma hazırkı vəziyyətdə üçüncü tərəfin iştirakı qaçılmazdır”.

Politoloq bildirib ki, ABŞ şirkətinin Zəngəzurda 100 illik mövcudluğu qəbul edilən bir məsələ deyil:

“Bu müddət 5-10 illik konkret bir zamanla məhdudlaşa bilər və həmin dövrdə, etimad mühiti yaradıldıqca, məsələ Azərbaycanla Ermənistan arasında, həmçinin Türkiyənin də iştirakı ilə həll olunar. Hazırkı şəraitdə isə ABŞ-ın bölgəyə gəlməsi və uzun müddət qalması müəyyən qədər qıcıq doğuracaq. Rusiya və İranın bu istiqamətdə təxribatlara əl atması mümkündür. Həmçinin, Çin də belə bir şeydən narahat ola bilər. Bu, mürəkkəb və çoxşaxəli bir vəziyyətdir. Lakin digər tərəfdən, əgər Amerika şirkəti prosesdə Ankaranın potensialından istifadə edərsə, Qarabağda 2022-2024-cü illərdə mövcud olmuş Türkiyə-Rusiya Monitorinq Mərkəzi kimi bir qurumun yaradılması mümkün olar. Bu, daha uyğun və praktik bir həll yolu kimi görünür. Bütün sadalanan prosesləri nəzərə alaraq, Azərbaycanın məsələyə reaksiya verməsi hələlik vacib deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri