Dəhşətli qəza; 14 yaşlı uşaq maşını betona çırpdı, özü və 10 yaşlı qardaşı öldü FOTO VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
İki yeniyetmə qardaş ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Sakarya şəhərində baş verib.Məlumata görə, Söğütlü rayonunda 14 yaşlı O.K. idarə etdiyi 41-EU-251 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirərək beton dirəyə çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb.
Ətrafdakı vətəndaşlar xəbər verəndən sonra hadisə yerinə xilasetmə, təcili tibb yardım və polis əməkdaşları gəlib. Xilasedicilər avtomobilin içərisində sıxışaraq qalan O.K. və onun qardaşı 10 yaşlı Y.K.-nı oradan çıxarıblar. Həkimlərin müayinəsi zamanı hər iki qardaşın öldüyü məlum olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalara başlanılıb.
Namiq Musayev




