Dəhşətli zəlzələ gəlir: 17 gündə 14 min...
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 26-dan etibarən Egey dənizində təxminən 14 min zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Yunanıstanın Santorini və Amorgos bölgəsində davam edən təkanların ən şiddətlisi ötən gün baş verib.
5,3 bal gücündə olan zəlzələ Yunanıstanın paytaxtı Afina və Krit adasında da hiss olunub.
Yeraltı təkanlar dünən də aramsız olaraq davam edib, ən böyük təkan 4,8 bal gücündə olub.
Yunan zəlzələ mütəxəssisləri bölgədə 6 bal və daha da güclü zəlzələ ehtimalının artdığını qeyd ediblər.
Ekspert Kostantinos Sinolakis zəlzələlərin aylarla davam edə biləcəyini və vulkanda kiçik bir püskürmənin olabiləcəyini bildirib.
İnsanlar əllərində Yunan bayraqları və ikonaları ilə mümkün fəlakətə qarşı dua edirlər.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 12 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















