Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Dekabr niyə hər il bu qədər tez gəlir?“ Psixoloqlardan açıqlama

“Dekabr niyə hər il bu qədər tez gəlir?“ Psixoloqlardan açıqlama

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Beynimiz vaxtı necə aldadır və illəri niyə qısaldır..."

İlin bizə sürətlə keçmiş kimi görünməsi günlərin sayından yox, beynimizin topladığı unikal xatirələrin sıxlığından asılıdır. 

Moderator.az xəbər verir ki, bu barədə "ScienceAlert" nəşri yazıb.

Məlum olur ki, beynimiz vaxtı təqvimlə deyil, yaşadığımız hadisələrin və emosiyaların zənginliyi ilə ölçür. Siz də 2025-ci ilin bir anın içində keçdiyini hiss edirsiniz? Alimlər bildirir ki, beynimizin daxilində real "saat" yoxdur. O, vaxtın keçməsini yalnız parlaq hadisələrin və güclü emosiyaların sayı ilə qiymətləndirir. Psixoloqların izahına görə, gündəlik rutin günlər sonsuz kimi görünür, amma illər göz açıb-yumunca bitir.

Beyin vaxtı necə "hesablayır"?

Əslində "vaxtın qavranılması" anlayışı tam dəqiq deyil. Çünki vaxt fiziki obyekt deyil - onu görmək, eşitmək və ya toxunmaq mümkün deyil. İşıq dalğaları, səs titrəyişləri və ya mexaniki təzyiq kimi beynin qeyd edə biləcəyi heç bir "vaxt siqnalı" mövcud deyil. Buna görə də beyin vaxtı birbaşa ölçmür, onu dolayı yolla təxmin edir. Saat mexanizminə bənzər şəkildə, dəyişiklikləri müşahidə edərək nəticə çıxarır. Amma adi saatlardan fərqli olaraq, beynin bərabər "tikləri" yoxdur. O, keçən müddəti hadisələrin sayı və intensivliyi ilə müəyyən edir.

Emosiyalarla dolu, aktiv bir zaman aralığı daha uzun kimi hiss olunur. Tədqiqatlar göstərir ki, məsələn, qısa müddətli, amma dəyişkən görüntü statik şəkildən daha uzun görünür. Elə buna görə də yol qəzası kimi ekstremal vəziyyətlərdə insanlar vaxtın yavaşladığını hiss edirlər. Təcrübələrdə iştirakçılar yüksək stres anlarını sonradan real vaxtdan xeyli uzun qiymətləndiriblər. Güclü emosiyalar diqqəti kəskin şəkildə artırır və beyin son dərəcə detallı xatirələr yaradır. Sonradan bu zəngin xatirələr analiz edilərkən, keçmiş vaxt olduğundan daha uzun görünür.

Vaxt doğrudanmı "uçur"?

Ayların hara yoxa çıxdığını anlamaq üçün vaxtın iki fərqli qavrayış formasını ayırd etmək vacibdir. Retrospektiv qavrayış - keçmişə baxıb vaxtı dəyərləndirdiyimiz an. Perspektiv qavrayış - vaxtın indi necə keçdiyini hiss etdiyimiz an. Məsələn, növbədə gözləmək və ya həkim otağında oturmaq sonsuz kimi görünür, sevdiyimiz işlə məşğul olanda isə vaxt hiss olunmadan keçir. Səbəb diqqətin fokusudur. Nə qədər çox vaxtın özünə diqqət yetirsək, o qədər yavaş keçirmiş kimi görünür. "Vaxt xoş olanda uçur" fikri əslində zövqdən çox yayınma ilə bağlıdır. Zehin məşğul olanda vaxtın keçdiyini hiss etmirik. Darıxmaq, daim saatı izləmək isə vaxtı süni şəkildə uzadır.

Niyə rutin illəri "udub aparır"?

"Günlər uzun, illər qısa" ifadəsinin kökü də buradadır. Yaş artdıqca bu hiss daha da güclənir. Uşaqlıq və gənclik dövrü yeniliklərlə zəngindir: ilk təcrübələr, ilk dönüş nöqtələri, böyük dəyişikliklər. Bu mərhələ çoxlu parlaq xatirələr yaradır və sonradan uzun bir dövr kimi xatırlanır. İllər keçdikcə gündəlik həyat avtomatikləşir. Məişət, iş, eyni marşrutlar emosional yükünü itirir. Günlər yavaş və yeknəsəq keçirmiş kimi hiss olunur. Amma məhz bu yeknəsəqlik zəif xatirələr yaradır. İl sonunda beyin geriyə baxanda kifayət qədər parlaq hadisə "tapmır" və nəticədə il qısa görünür. Elə buna görə də dekabrın gəldiyini anlayanda təəccüblənirik.

Vaxt hissini necə "yavaşlatmaq" olar?

Anın içində vaxtı yavaşlatmaq asandır, amma xoş deyil: darıxmaq, gözləmək, monoton prosesləri izləmək kifayətdir. Xatirələrdə vaxtın sıxılmaması isə daha çətin, amma mümkündür. Birinci yol - yaddaşı qorumaqdır: gündəlik yazmaq, fotolara baxmaq, yaşananları xatırlamaq. İkinci yol isə daha aktiv və zövqlüdür: həyatı yeni təcrübələrlə doldurmaq. Səyahətlər, kəşflər, qeyri-adi qərarlar və fərqli təcrübələr parlaq xatirələr yaradır və ili yaddaşda "uzadır". Belə olduqda daxili saatınız tamam başqa cür işləməyə başlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Dekabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri