Dekabrda təsdiqləndi, ötən gün ortaya çıxdı: İran və İsrail arasında heyrətamiz razılaşma
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“The Washington Post” (WP) qəzeti İran və İsrailin 2025-ci ilin dekabr ayının sonunda bir-birinə zərbə endirməmək barədə razılığa gəldiyini yazıb.
Sözügedən məlumat hazırda ABŞ və İsrailin İrana ehtimal hücumu ilə bağlı səsləndirilən fikirlər fonunda ciddi müzakirələrə səbəb olub. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın da İranda qətliamlar və edamların dayandırılması ilə bağlı açıqlaması Tehranla gizli razılaşma iddialarını gücləndirib.
İran və İsrail arasında nə baş verir? Belə bir razılıq nəyin əsasında əldə oluna bilər?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu razılaşma regionda gərginliyin nəzarətdən çıxa biləcəyi qorxusu ilə bağlıdır:
“2025-ci ilin sonuna yaxın qarşılıqlı bəyanatlar və hərbi siqnallar eskalasiyanın ən yüksək həddə çatdığını göstərirdi. Belə bir toqquşma Hörmüz boğazında enerji axınını pozaraq qlobal bazarlarda ciddi sarsıntı yaradar və Yaxın Şərqi yeni genişmiqyaslı qarşıdurmaya sürükləyə bilərdi. Nə Tehran, nə də Təl-Əviv bu səviyyədə riskin iqtisadi və siyasi nəticələrini öz üzərinə götürməyə hazır idi. Ona görə də tərəflər müxtəlif vasitəçilik kanallarının təsiri ilə vəziyyəti dondurmağa razılıq verdilər.
Züriyə Qarayeva
Pərdəarxasında böyük güclərin, xüsusilə də ABŞ-ın fəal təzyiqi dayanırdı. Vaşinqton regionda baş verəcək hərbi toqquşmanın həm enerji təhlükəsizliyini, həm də Qərbin Yaxın Şərqdəki siyasətini zədələyəcəyini yaxşı bilirdi və eskalasiyanın qarşısını almaq üçün hər iki tərəfə ciddi mesajlar göndərirdi.
İran daxilində sosial-siyasi narazılıqlar davam edir, İsraildə isə təhlükəsizlik böhranı fonunda siyasi qeyri-sabitlik artırdı. Bu daxili zəifliklər hər iki ölkənin riskləri azaltmaq üçün müvəqqəti geri çəkilməyə meylli olmasına səbəb oldu. Sözügedən razılaşma real barışıq deyil, daha çox gərginliyin idarə olunması məqsədi daşıyan taktiki fasilə kimi qiymətləndirilir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 15 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















