Dələduzluq ittihamı ilə işi məhkəmədə olan şəxs eyni əməli yenidən törədib
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir müddət əvvəl işə düzəltmək adı ilə iki nəfərə 20 min manata yaxın maddi ziyan vurduğuna görə dələduzluq ittihamı ilə işi məhkəmədə olan şəxs eyni əməli yenidən törədib.
525.az-a bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə müxtəlif şəxslərin etibarından sui istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinən 38 yaşlı Nazim Həsənzadə saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsatini ələ keçirib.
Bundan başqa, N.Həsənzadənin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub.
Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl işə düzəltmək adı ilə daha iki şəxsə 20 min manata yaxın maddi ziyan vurduğuna görə N.Həsənzadə barəsində cinayət işi başlanılıb. Bir müddət əvvəl isə iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Dekabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















