İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqləndi
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqlənib.
"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda risklər reyestrinin sahibi tərəfindən informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılmasının hüquqi, texniki və təşkilati əsaslarına, risklərin qiymətləndirilməsinə, risklərin emalının təşkilinə və təmin olunmasına, reyestrlərin hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən könüllülük əsasında aparılmasına, habelə risklər reyestrinin sahibi və operatoru üçün həmin reyestrdə olan biliklər və yeni aşkar olunan təhdidlər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə və onların yenilənməsinə dair tələblər nəzərdə tutulub.
Qərarla dövlət orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər büdcə təşkilatları məsul olduqları informasiya məkanlarında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması məqsədilə 6 ay müddətində informasiya təhlükəsizliyi
riskləri reyestrinin yeni təsdiqlənən qaydanın tələblərinə uyğun formalaşdırılmasını təmin etməlidirlər.
"İnformasiya məkanında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin kateqoriyalar üzrə təsnifatlaşdırılmış toplusu"nun daxil edilməsi və daim yenilənməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet informasiya ehtiyatında "Təhdidlər və həllər" kataloqu yaradılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















