NBA: Türkiyəli basketbolçunun komandası inamlı qələbə qazanıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha 3 qarşılaşma keçirilib.
AZƏRTAC xəbər verir ki, türkiyəli basketbolçu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Los Anceles-Leykers”i 119:96 hesabı ilə üstələyib.
Qalib komandanın bombardiri 26 xalla Amen Tompson olub. Kevin Dürant 26 xal, Cabari Smit 16 xal toplayıb. A. Şengün isə 14 xal, 12 ribaundla "dabl-dabl" edib. Ev sahiblərinin heyətində Luka Donçiç 25 xalla komandasının ən məhsuldar oyunçusu olub. Lebron Ceyms 18, Ostin Rivz 12 xalla yadda qalıb.
Günün digər matçlarında “Qolden Steyt Uarriors” “Dallas”ı 126:116, “Denver Naqqets” “Minnesota”nı 142:138 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra “Denver Naqqets” Qərb Konfransının turnir cədvəlində 3-cü, “Los Anceles-Leykers” 4-cü, “Minnesota” 5-ci, “Hyuston Rokets” 6-cı, “Qolden Steyt Uarriors” 8-ci, “Dallas” 11-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















