Icma.az
close
up
RU
Dəlixanadan qaçıb Hüseyn Cavid i taksiyə mindirən Əlisəmid Kür Rafiq Tağıya nə demişdi?

Dəlixanadan qaçıb Hüseyn Cavid i taksiyə mindirən Əlisəmid Kür Rafiq Tağıya nə demişdi?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Ayxan Ayvazın təqdimatında dünən vəfat edən tanınmış şair Əlisəmid Kür haqqında maraqlı əhvalatları təqdim edir.

İmkanlı dostların təşkil etdiyi məclislərin birində Əlisəmid Kür qızğın söhbət edirmiş və sübut etməyə çalışırmış ki, ədəbiyyat həyatdan, hisslərdən, yaşantılardan gəlməlidir. Sonra bir şeir oxuyur. Şeirdə belə bir misra varmış: “Altı yeyilibdi ayaqqabımın!”

Əlisəmid bu misranı deyəndə altı, həqiqətən, yeyilmiş ayaqqabısını çıxarıb dabanını stola çırpır.

Varlı dostlarından biri Əlisəmidlə gələn yazarın qulağına əyilir:

- Şair neçə razmer geyinir?

...Bir azdan məclisə təzə ayaqqabı gəlir...

***

Liviyada ağır döyüşlər gedən vaxt Əlisəmid Kür tanınmış diktor Nəsimi Nəbizadə ilə bir məclisə düşür. AzTV-dən tanıdığı Nəsiminin oturuşuna, duruşuna, danışığına, yeyib-içməsinə xeyli tamaşa edib yanında oturana deyir:

- Bu gədə Qəddafi tərəfdən döyüşən əsgərlərə oxşayır!

***
Bilənlər bilir, ədəbi mühit xəbərçilərlə doludur. Əlisəmid Kür belə adamları asanlıqla tanımaq qabiliyyətinə malik idi. Bəzən şair onları yaxınlarına da tanıtmaq istəyirdi. O zaman “Nəsimi” filmindəki məşhur frazanı parol kimi işlədirdi:

- Mən bu dərvişləri Toxdamışın ordusunda görmüşəm!

***

Həbs olunan vaxt Əlisəmid Kür məhbəsdən çətinliklərlə ruhi xəstəxanaya köçürülür. Bir müddət orda qalan şair darıxdığından ruhi xəstəxanadan qaçır. Taksiyə oturub özünü Zəlimxan Yaqubgilə yetirir. Yolda təsadüfən Adil Mirseyidlə rastlaşır. Onu da taksiyə götürür. Zəlimxan müəllimgilin həyətinə çatanda axşamçağıymış. Həyətdən taksinin üstünə işıq düşürmüş və bu işıqda Adil Mirseyidin yumru üzü şüşəli eynəyi ilə çox poetik və romantik görünürmüş. Heç özünə oxşamırmış. Əlisəmidin dəlixanadan belə gəlişinə çaşan Zəlimxan Yaqubu bir yandan da maşındakı adam həyəcanlandırır:

- O kimdi? – Əlisəmiddən soruşur. Həm də öz aləmində bu sualla onun ağlının yerində olub-olmadığını yoxlayır. Əlisəmidin cavabı şairi diksindirir:

- Hüseyn Cavid! Yolda rastıma çıxdı, oturtdum taksiyə, gətirdim.

***

“Yol” qəzetinin baş redaktoru olduğu vaxtlar Əlisəmid Kürə bir qadın vurulur və hisslərini ifadə eləmək üçün ona məktub yazır. Ancaq şairi tapıb məktubu verə bilmir. Odur ki, aparıb redaksiyaya qoyur. Əlisəmid gələndə məktubu ona çatdırırlar. Məktub belə başlayırmış: “Əzizim, Kür...”

Əlisəmid ilk sözləri oxuyub əsəbləşir:

- Kür nədir, alə? Başı xarabdı bunun... Kür! Yox bir Araz!

***

Ədəbiyyatdan kənar olan dostlarından biri Əlisəmidə zəng edir:

- Salam, Əlisəmid, necəsən?

- Sağ ol, qardaş, sağ ol. Niyə zəng vurmusan? – sevincək soruşur.

- Heç... Eləcə yadıma düşdün... Dedim hal-əhval tutum.

- İşin düşməyib, qonaqlıq da vermirsən, bəs nəyə zəng eləmisən?

***
Şair Aydın Uluxanlının “Neftçilər” tərəfdəki kasıbyana kafesi Tərcümə Mərkəzində işləyən Əlisəmid Kür və Mövlud Mövludun tez-tez getdiyi yerlərdən idi. Hər gün, iki gündən bir, ən geci həftədə bir dəfə araq alıb ora gedirdilər, Aydın Uluxanlı da onlara pulsuz kükü bişirirdi.

Bir gün tərsinə olur: Aydın Uluxanlı Tərcümə Mərkəzinə gəlir. Qoltuğunda da təzə şeirləri. Tərs kimi “Aydın yol” qəzetinin baş redaktoru Yaşar şeirləri bəyənmir və Aydını əliboş qaytarır. Aydının koridorda gileylənə-gileylənə gəzişdiyini görən Əlisəmid Kür və Mövlud Mövlud utandıqlarından otaqdan çıxmırlar. Nəhayət, həyəcanlı dəqiqələr sovuşur, Aydın Uluxanlı çıxıb gedir. Dərindən ah çəkən Əisəmid Kür boynunun arxasını əsəbi şəkildə qaşıyaraq Mövluda baxır və gülə-gülə deyir:

- Küki!

***
Əlisəmid Kür bir gün Adil Mirseyidin evinə gedir, görür ki, dostu çox ağır şəraitdə yaşayır. Əsəbiləşir:

- Alə, yazanda Sena çayından yazırsan, deyirsən, akvariumda balıq saxlayıram. Özüü yaz da, özüüü...

***

Başqa bir vaxt yenə Adil Mirseyidə irad tutur:

“Gəlib 28-də mənnən “sabrazim”ə araq içirsən, şeiri də Elçinə yazırsan!”

***

Əlisəmid Kür Rafiq Tağı ilə qarşılaşır və deyir:

- Rafiq, yazılarına diqqət elə, bir gün səni yortacaqlar!

Rafiq Tağı hirslənir:

- Bəyəm, yamyamlar ölkəsində yaşayırıq?

Qəribədir, bu əhvalatdan bir müddət sonra, elə həmin dialoq olan yerdə Rafiq Tağını bıçaqlayırlar.

***
Həmid Herisçi Əlisəmid Kürdən yazı yazır, adını da “Dəlisəmid” qoyur. Yazı çap olunandan sonra təsadüfən qabaqlaşırlar. Əlisəmid Həmid Herisçini yaxalayır. Əlisəmidin əlindən qurtara bilməyəcəyini görən Həmid Herisçi deyir:

- Alə, olmasın Dəlisəmid, olsun Dəlihəmid!

Bu istedadlı söz və hərf oyunu Əlisəmidin xoşuna gəlir və o yumşalıb gülümsəyir.

***
Yazıçılar Birliyinin Natəvan klubunda Əlisəmid Kürün ad günü qeyd olunur. Şair Oqtay Rza tribunadan çıxış edərkən deyir:

- O vaxt Əlisəmidi milli azadlıq hərəkatına qoşulduğuna görə həbs eləmişdilər.

Əlisəmid Kür yerindən qalxaraq Oqtay Rzanın sözünü kəsir:

- Yalan demə, qatarda adam soymuşdum!

***

Şair Tofiq Qaraqaya hər gün gəlib Əlisəmid Kürə deyirmiş ki, gəl, səhərlər dəniz qırağında qaçaq, siqareti, içkini ataq, bədənimizi möhkəmləndirək və s.

Hər dəfə Əlisəmid bu təklifdən sonra üzünü turşudub susur və siqaretə cumurmuş.

Günlərin birində Tofiq Qaraqaya yenə həmin təklifini təkrar edəndə Əlisəmid əsəbindən partlayır:

– Tofiq, bəsdir də, atam xəstə, anam xəstə, bir qardaşım türmədə, biri dəlixanada. Özüm də arvadımdan təzə ayrılmışam. Tanış-bilişin biri görüb deməz ki, ay filan-filan, hansı gününə qaçırsan?!

***

90-cı illərdə sərhədlər yenicə açılan vaxt cənublu bir tələbə Əlisəmid Kür qalan yataqxananın otağına gəlib ehtiyat lampa soruşur. Əlisəmid otağındakı lampanı açıb ona verir, özü qaranlıqda oturur.

Dövlət Turizm Agentliyi Gəncə və Göygölə infotur təşkil edib Vətən müharibəsi qazisi: "Şuşada şəhid və yaralıları Henrix Mxitaryanın villasına toplamışdıq" - Müsahibə "Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri