Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Dəm qazı təhlükəsi...

Dəm qazı təhlükəsi...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Rəngsiz, iysiz, səssiz...

Havalar soyuduqdan sonra evlərdə qaz sobalarından istifadə halları çoxalır. Ancaq təəssüf ki, istilik axtarışı bəzən faciə ilə nəticələnir. Dəm qazı insanı xəbərsiz yaxalayır: yuxuda, istirahətdə, gündəlik həyatın ən adi anında...

Dəm qazı rəngsizdir, qoxusuzdur, hiss olunmur. İnsan onu nə görür, nə də duya bilir. Orqanizmə daxil olduqda isə qanın oksigen daşıma qabiliyyətini bloklayır. Nəticədə beyin və ürək oksigensiz qalır. Baş ağrısı, ürəkbulanma, halsızlıq ilk əlamətlərdir. Ardınca huşun itirilməsi, koma və ölüm gəlir. Bəzən isə heç bir əlamətə belə vaxt qalmır.

Ən ağrılı məqam odur ki, bu ölümlərin böyük əksəriyyətinin qarşısı alına bilər - vaxtında təmizlənməyən baca, sertifikatsız qızdırıcı, havalandırması olmayan otaq, gecə yatarkən açıq buraxılan qaz cihazı, bütün bunlar risk zəncirinin həlqələridir. Təhlükə isə bu həlqələr birləşəndə yaranır.

Evin bacaları ildə ən azı 2 dəfə təmizlənməlidir

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dəm qazı iysiz, dadsız, rəngsiz, havadan yüngül olan qazdır. Ekspertin sözlərinə görə, insanlar dəm qazının nədən yarandığını bilməlidirlər: “Yanma prosesi düzgün getmədikdə dəm qazı əmələ gəlir. Əgər yanma prosesi düzgün gedərsə, onda dəm qazı əmələ gəlmir”.

E.Nurəliyev yanma prosesinin nə zaman düzgün getmədiyi haqda danışarkən bildirib ki, qaz cihazlarına kənar müdaxilələr olarsa, qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa, onda dəm qazı əmələ gəlir: “Həmçinin qaz sobalarına kənar müdaxilələrin edilməsi də çox təhlükəlidir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır. Bundan başqa, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Əgər evin bacaları təmizlənməzsə, təbii ki, orada hava ventilyasiyası, sovrulması olmur və yanma prosesini də çətinləşdirir. Daha dəqiq desək, kömürün və odunun yanmasından belə dəm qazı əmələ gəlir. Evin havası gün ərzində iki dəfə-səhər və axşam dəyişməlidir. Evdə qazı yandırarkən əmin olmaq lazımdır ki, otaqda qaz iyi var və ya yox. Əgər evdə qaz iyi yoxdursa, onda kibriti çəkmək lazımdır. Hətta çöldən evə daxil olan zaman da otaqda qaz qoxusunun olub-olmadığını yoxlamaq, daha sonra işıqları yandırmaq vacibdir”.

7 dəqiqəyə ölüm...

Ekspert qeyd edib ki, dəm qazları, əsasən, hamam otağında və mətbəxdə əmələ gəlir: “Demək olar ki, dəm qazının 95 faizi hamam otaqlarında əmələ gəlir. Qışda insanların qaza olan təlabatları daha çoxdur. Həmin vaxtda insanlar otaqlarda qapı-pəncərələri bağlı saxlayırlar. Yayda isə qapı-pəncərələr çox vaxt açıq olur və havalandırma olduğuna görə dəm qazı da, demək olar ki, olmur. Bir otaqdakı hava kütləsinin 0,1 faizi dəm qazı olarsa, bu, insan ölümünə gətirib çıxarır. Dəm qazı olan otaqda insanın həyatını itirməsi üçün 7 dəqiqə kifayət edir. Hamam otaqlarında olan zaman nəfəsliklər mütləq açıq olmalıdır. İnsanlar yayda həmin nəfəslikləri açıq, qışda isə bağlı saxlayırlar. Hamam otaqlarında ventilyasiya olmalıdır, qapıların aşağı hissəsində isə mütləq dəliklər olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar”.

Müəyyən standartlar nəzərə alınmalıdır.

Ekspertin sözlərinə görə, hamam otaqlarının sahəsi minimum 7 kv metr, hündürlüyü isə 2.5 metr olmalıdır: “Mütləq şəkildə nəfəslik, ventilyasiya sistemi və qapıların aşağısında 3-5 dəlik olmalıdır. Ümumiyyətlə, hamam otağının içində qaz təchizatı olmalı deyil, indi müasir avadanlıqlar var.

Onu da qeyd edim ki, satış yerlərində dəm qazını aşkar edən detektorlar var və qiyməti də baha deyil. Funksiyası ondan ibarətdir ki, dəm qazı aşkar olunduqda cihaz elektromaqnit şüa ötürür və qazın təchizatı dayanır. Xüsusi siqnal vasitəsi ilə artıq vətəndaş bilir ki, evdə dəm qazı var”.

İlk yardım necə olmalıdır?

Həkim Şahvələd Məmmədovun sözlərinə görə, dəm qazından boğulma zamanı insanın mərkəzi sinir sistemi iflic ola bilər: “Dəm qazı zəhərlənmələri çox vaxt 1-ci, 2-ci, güclü, orta, zəif dərəcədə olur. İlk növbədə dəm qazından boğulmuş insan bunu hiss etmir. Yüngül formada baş gicəllənməsi olur, ürəkbulanma, yavaş-yavaş halsızlıq yaranır. İlkin simptomlar yaranan kimi insan bunu hiss etmədiyi üçün bu otaqda qalmaqda davam edir. Sonra keçir ikinci situasiyaya. Burada artıq dəm qazının mərkəzi sinir sisteminə təsiri başlayır və insan artıq huşunu itirir. Belə ki, təzyiq aşağı düşür, nəbz sürətlənir və hətta dezrefleksləri də itir. Bu, artıq ağır formalı dəm qazı ilə zəhərlənmə hesab olunur. Zəhərlənmə zamanı ilk növbədə pəncərəni açmaq, xəstəni təmiz havaya çıxarmaq, xəstə huşunu itiribsə, təcili sürətdə təzyiqini ölçmək və təcili tibbi yardım çağıraraq xəstəxanaya aparmaq lazımdır. Əgər yüngül formalıdırsa, onda xəstənin üzünə və bədəninin açıq nahiyələrinə soyuq su vurmaq lazımdır. Xəstənin udqunma aktı aktivdirsə, iflic olmayıbsa, ona maye vermək lazımdır. Təzyiqi aşağı olduqda ev şəraitində təzyiq qaldırıcı vasitələr verilir, başının altına yastıq qoyulur ki, vəziyyəti stabilləşsin. Huşsuz vəziyyətdə olduğu halda xəstə artıq xəstəxanaya aparılmalıdır”.

Fəsadlar qalıcı ola bilər...

Ş.Məmmədov vurğulayıb ki, dəm qazı zəhərlənməsi orqanizmdə müəyyən vaxt ərzində qalıcı fəsadlar da törədir: “Dəm qazından zəhərlənmə həm ağciyərə, həm də qaraciyərə ciddi toksiki təsir göstərir. Boğulmanın ağır forması zamanı xəstə vəziyyətdən çıxana kimi onun orqanizmində qalıcı fəsadlar yaranır. Daxili orqanların ultrasəs müayinəsi zamanı qaraciyərdə və ağciyərdə olan dəyişikliklər üzə çıxır. Bu zaman ağciyərdə təngnəfəslik qala bilər”.

Zəhərlənmə sonrası düzgün qidalanma

Həkim dəm qazı zəhərlənməsindən sonra daha çox hansı qidalara üstünlük verilməsindən də danışıb: “Zəhərlənmədən sonra ilk növbədə bol maye qəbul edilməlidir. Qidalanma da bədənin bərpasını sürətləndirməyə, oksigen çatışmazlığının təsirlərini azaltmağa kömək edir. Xüsusilə, dəmir və qan yaradan qidalar qəbul edilməlidir. Məsələn, az miqdarda qırmızı ət, qaraciyər, yumurta sarısı, noxud, mərcimək, ispanaq, çuğun kimi qidaların yeyilməsi məsləhət görülür.

Eyni zamanda, C vitamini ilə və zülalla zəngin qidaların da qəbul edilməsi lazımdır. C vitamini ilə zəngin qidalar antioksidant təsir göstərir, zülalla zəngin qidalar isə bərpa prosesini dəstəkləyir”.

Unutmayaq ki, dəm qazı ilə mübarizə səssiz aparılmamalıdır. Bu təhlükə haqqında danışmaq, yazmaq, xəbərdarlıqlar etmək lazımdır. Çünki rəngsiz, qoxusuz düşmən yalnız tanındıqda məğlub olur. Susduqca isə can almağa davam edir...

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see519

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see344

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see274

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see264

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see261

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see258

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see247

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see239

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see222

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see219

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see217

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see214

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see211

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see210

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see201

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see201

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see200

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see197

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see192

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri