Dembeləyə mükafatı zorla verdilər Video
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində keçirilən "Aston Villa" - PSJ görüşündən (3:2, ilk matç- 1:3) sonra qəribə hal yaşanıb.
QOL.az xəbər verir ki, PSJ-nin futbolçusu Usman Dembele oyunun ən yaxşısı seçilib. Lakin futbolçu UEFA-nın bu qərarı ilə razılaşmayıb. O, mükafatı qəbul etmək istəməyib.
UEFA nümayəndəsi 27 yaşlı futbolçunu mükafatı qəbul etməsi üçün razı salmağa çalışıb. Amma o, qurum rəsmisinin təklifinə məhəl belə qoymayıb.
Daha sonra Dembeleni mükafatla şəkil çəkdirməyə razı salmağı bacarıblar. Lakin həmin foto da da futbolçunun narazılığı görünüb.
Qeyd edək ki, "Aston Villa" ötən gecə PSJ-yə 3:2 hesabı ilə qalib gəlsə də, Paris klubu ilk matçdakı 3:1 hesablı qələbəsi sayəsində yarımfinala adlayıb. Fransa təmsilçisi bu mərhələdə "Arsenal" (İngiltərə) - "Real" (İspaniya) cütünün güclüsü ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 16 Aprel 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















