Icma.az
close
up
RU
Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Türkmənçay” müqaviləsinin imzalandığı 1828-ci ildən bəri İranın sərhədləri demək olar kı, dəyişməyib. Bu müddətdə bir neçə böyük dövlət dağılaraq tarixin səhnəsindən çıxsa da, İranın sərhədləri dəyişməz qalıb. Qənaətimcə, İranın sərhədlərinin bütövlüyünün dəyişməz qalmasının əsas səbəbi Rusiya mərkəzli avrasiyaçılıq olub.

Axar.az xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli qeyd edib.

“İndi isə İranın bütövlüyünün əsas təminatı olan Rusiya mərkəzli avrasiyaçılıq məğlub olaraq çöküş mərhələsinə daxil olub. İsrailin və ABŞ-ın İrana qarşı hərbi əməliyyatı da bunun sübutudur. Rusiya mərkəzli avrasiyaçılıq məğlub olmasaydı, İsrail İranın ərazilərini bombalaya bilməzdi”, - o bildirib.

Politoloq qeyd edib ki, İsrailin İrana hərbi müdaxiləsi zamanı dişsiz bəyanat verməklə kifayətlənməyə məcbur olan Rusiyanın düşdüyü durumun daha yaxşı anlaşılması üçün Moskvanın indiki mövqeyini Sovet İttifaqının məşhur “Altı günlük müharibə” zamanı tutduğu mövqe ilə müqayisə etmək yerinə düşər:

“Moskvanın təhriki ilə 1967-ci ildə başlamış məşhur “Altı günlük müharibə”də birləşmiş ərəb ordularını darmadağın edən, Misir və Suriya ərazilərini ələ keçirən İsraili Sovet İttifaqı nüvə zərbəsi endirəcəyi təhdidi ilə dayandırmışdı. Həmin hadisələr zamanı Ukraynadakı uzaqmənzilli bombardmançı təyyalərin korpusuna komandanlıq edən general-polkovnik Vasili Reşetnikov sonralar xaitələrində yazırdı: “1967-ci ilin yayında mən Ukraynada uzaqmənzilli bombardmançıların korpusuna komandanlıq edirdim. Baş Qərargah üç Tu-16 eskadrilyasını (təxminən 30 təyyarə) Misir Hərbi Hava Qüvvələrinin rənglərinə boyamaq əmri verib. Baş Qərargahın əmri ilə müəyyən edilmiş “döyüş meydanındakı obyektlər” İsrail ərazisində idi”.

SSRİ Hərbi Hava Qüvvələri Baş Qərargahının keçmiş zabiti, 1966-1967-ci illərdə Misirdə hərbi məsləhətçi olmuş Vladimir Timoşev həmin hadisələrlə bağlı danışarkən Sovet İttifaqının “kamuflyaj” edilmiş strateji aviasiya təyyarələrindən istifadə ideyasının Hərbi Hava Qüvvələrinin Qərargahına aid olduğunu qeyd edib. Həmin günlərdə Sovet İttifaqının sualtı qayıqları da İsrail sahilləri yaxınlığında yerləşdirilmişdi. Sovet İttifaqının İsrailə nüvə zərbəsi dünya müharibəsinə səbəb ola bilərdi. Amma Moskva regionda maraqlarını qorumaq və ərəb müttəfiqlərini xilas etmək üçün ən təhlükəli addımı atmağa hazır idi. Sovet İttifaqının qətiyyətli mövqeyini görən Vaşinqton İsraili hücumları dayandırmağa və ordusunu geri çəkməyə vadar etdi.

İndi isə Rusiya İranla birlikdə Yaxın Şərqdə fələkatli məğlubiyyətə düçar olduğunu anlayır, ancaq heç bir çəkindirici addım ata bilmir. Digər tərəfdən, Ukraynaya qarşı genişmiqyaslı müdaxilənin başladığı 24 fevral 2022-ci ildən bəri Rusiya nüvə şantajını da gözdən saldığı üçün İranın müdafiəsində bu şantajdan istifadə etməsi yalnız gülüşə səbəb olardı. Kremldə yaxşı anlayırlar ki, İsrail və ABŞ İran rejimini məhv etmək üçün Rusiyanın strateji tərəfdaşını xilas etməkdən ötrü edə biləcəyindən daha artığını etməyə qadirdilər. Ona görə də ötən ilin dekabrında Suriyanı müdafiə edə bilməyən Rusiya indi də İranı taleyin ümidinə buraxmağa məcbur oldu.

Rusiyadan hansısa ciddi dəstək ala bilməyən İran üzünü Çinə çevirib və Pekinlə qurmaq istədiyi əlaqələrə ümid edir. Lakin Rusiyadan fərqli olaraq, Çinin öz sərhədlərindən uzaqda irimiqyaslı hərbi əməliyyatlar aparmaq ənənəsi olmadığı kimi, Çin cəmiyyətində belə avanturanı dəstəkləyəcək əhval-ruhiyyə də yoxdur. Ona görə Çin ən yaxşı halda İrana məhdud hərbi-texniki dəstək verə bilər ki, bu da Yaxın Şərqin hava məkanına tam nəzarət edən İsrail Hərbi Hava Qüvvələrinin qarşısını ala bilməz.

İsrailə Amerikanın B-2 Spirit strateji bombardmançılarının, həmçinin çəkisi 14 tona çatan GBU-57 bunker dağıdıcı bombalarının verilməsini nəzərdə tutan ABŞ Konqresinin Nümayəndələr Palatasında irəli sürülən qanun layihəsi Vaşinqtonun yeni Yaxın Şərq siyasətinin mahiyyətini müəyyən etməyə imkan verir. “Bunker Buster Act” (Bunkerlərin məhv edilməsi Qanunu) demokrat konqresmen Coş Gotthaymer və respublikaçı Mayk Louler tərəfindən irəli sürülüb. Konqresi formalaşdıran demokratlar və respublikaçıların birgə hərəkəti bir qayda olaraq Vaşinqtonin siyasi elitasının təşəbbüsü olaraq qəbul edilir. Amerikanın ən strateji silahlarından sayılan, bir ədədinin qiyməti 2 milyard dollardan çox olan B-2 təyyarələri düşmənin sıx hava hücumundan müdafiəsini yarmaq və nüvə silahlarını daşımaq qabliyyətinə malikdir. Məhdud sayda olan bu strateji silahın bir neçəsini İsrailə verməklə ABŞ yəhudi dövlətinin Yaxın Şərqdə liderliyini əlçatmaz etməklə yanaşı, Yaxın Şərqdə Rusiyanın əldən qaçırdığı mövqeləri Çinin ələ keçirməsinin də qarşısını almağa planlayır. Bu qənaətimiz ona əsaslanır ki, B-2 təyyarəsi olmadan da İsrail Yaxın Şərqin hava məkanına sahib olmaqla yanaşı, rəqibi olmayan bir hərbi hava qüvvələrinə malikdir. Deməli, B-2 təyyarələrinin verilməsi Yaxın Şərqin üçüncü bir dövlətin təsir dairsəinə düşməsinin qarşısını almalıdır.

Tehranın Rusiya ilə birlikdə Yaxın Şərqdə məruz qaldığı məğlubiyyət, İsrailin hakim gücə çevrilməsi İranı dəyişiklik mərhələsinə sürükləyib və bu prosesin geridönüşü yoxdur. İranın Yaxın Şərqdəki məğlubiyyətinin siyasi təsir gücünü yalnız Rusiya mərkəzli avrasiyaçılığın çöküşünün doğurduğu siyasi təsirlə müqayisə etmək olar.

İranın mövqelərini sarsıdan digər bir məqam Suriya ilə bağlıdır. Bəşər Əsəd rejiminin devrilməsi ilə İranın onilliklər ərzində on milyardlarla dollar xərcləyib qurduğu “Şiə hilalı” tamamilə dağıldı. Suriya İranın Yaxın Şərqdəki mövqeyini qoruyub saxlaması üçün həyati əhəmiyyət daşıyan bir ölkədir. Bu ölkədə İrana qarşı düşmən olan rejimin formalaşması bir yana, Suriyanın normal bir ölkəyə çevrilməsi İran üçün Rusiya mərkəzli avarasiyaçılığın məğlubiyyətindən sonra ikinci böyük zərbədir”.

Ekspertin fikrincə, İranı dəyişikliklər ərəfəsinə gətirən xarici faktorlar içərində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Türkiyədə iqtidarın “Terrorsuz Türkiyə” adı verdiyi proses dı var:

“Göründüyü kimi, İranda dəyişiklikləri qaçılmaz edəcək iki faktordan biri, xarici faktor 1828-ci ildən bəri ən güclü səviyyəyə çatıb. Bu isə o deməkdir ki, daxili faktor da buna müqabil olsa, İranda dəyişikliklər hökmən baş verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri