Icma.az
close
up
RU
Dəmir iradənin qələbəsi

Dəmir iradənin qələbəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azadlığımızı heç də rahat əldə etməmişik. Xalqın azadlıq eşqinə tuşlanan işğalçı silahlar qanımızı axıtsa da, ürəyimizi susdursa da, azadlıq istəyimizi susdura bilmədi. Çünki azadlıq xalqımızın ruhunda doğulan elə bir həqiqətdir ki, onun qarşısına silahla çıxmaq mümkündür, onu məhv etmək mümkün deyil. Necə ki, şər qüvvələr bunu bacarmadılar.1991-ci ildə Azərbaycan tarixi müstəqilliyini qazandıqdan sonra ölkəmiz az qala 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yenidən yaşayacaqdı. Müstəqilliyimiz Cümhuriyyət dövründə olduğu kimi yenidən ağır sınaqlarla üz-üzə qaldı. Tarix düz bir əsr sonra qarşımıza eyni həqiqətlə çıxdı. Baş verən proseslər bir daha sübut etdi ki, azadlığı qazanmaq tarixin hadisəsidir, onu qorumaq isə xalqın taleyini müəyyən edən böyük məsuliyyətdir.Müstəqil ölkəmizin o vaxtkı rəhbərliyi bu məsuliyyəti dərk etmədi və nəticə etibarilə torpaqlarımız işğal olundu, tariximizin ən ağır müsibətlərindən olan Xocalı faciəsini yaşadıq. Arxasında möhkəm dövlətçilik düşüncəsi olmayan müstəqilliyimizin isə bağrı çatlayırdı. Yarıtmaz dövlət siyasəti xalqın azadlıq arzusu ilə dövlət idarəçiliyi arasındakı uçurumu daha da dərinləşdirirdi. Dövlətin gələcəyi ilə bağlı məsuliyyət hissinin zəifləməsi, siyasi iradənin yoxluğu və milli maraqların arxa plana keçməsi müstəqilliyimizin özülünü sarsıtdı.Xalqın əziyyətlə qazandığı azadlığı dövlətin gücü və iradəsi qoruya bilmədi, müstəqilliyimiz tarixin ən ağır itkiləri qarşısında müdafiəsiz qaldı. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Böyük Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlətçilik düşüncəsi yenidən siyasi iradənin əsası oldu, itirilmək təhlükəsi ilə baş-başa qalan müstəqilliyimiz möhkəm dayaqlar üzərində yeni mərhələyə qədəm qoydu. Ordusu, silahı olmayan, torpaqları işğal olunan Azərbaycanın siyasi olimpində Heydər Əliyev erası başlandı. Ulu öndər qurtuluş yoluna qədəm qoyan Azərbaycanın qarşısında dayanan ən ağır vəzifələri ardıcıl şəkildə həll etməyə başladı. Atəşkəsin əldə olunması, güclü ordunun yaradılması, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi dayaqların formalaşdırılması ölkəmizin gələcəyinə aparan yolun əsas sütunlarına çevrildi. Azərbaycan dövləti belə quruldu, gələcək hədəflər müəyyənləşdirildi. Heydər Əliyev millətin arzusu, xəyalı olan ölkəmizin suverenliyinin tam bərpasını böyük missiya üçün doğulmuş və özü qədər inandığı İlham Əliyevə etibar etdi. Prezident İlham Əliyev bu inamı dövlət iradəsinə, dövlət iradəsini isə tarixi zəfərə çevirən lider kimi Azərbaycanın epoxal manifestini yazdı. Beləliklə, millətin ən böyük arzusu Ali Baş Komandanın siyasi iradəsində tarixi həqiqətə, tarixi zəfər isə dövlətçilik iradəsinin əbədi yaddaşına həkk olundu.44 günlük Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, Azərbaycanın heç bir qarış torpağı müzakirə mövzusu ola bilməz. Torpaq bizimdir, onun bütövlüyünü və suverenliyini qorumaq milli haqqımızdır. Bu haqqın qarşısında heç bir qüvvə dayana bilməz.Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu. Azərbaycan Ordusunun peşəkarlığı, yüksək döyüş hazırlığı və qəhrəmanlığı sayəsində düşmənin müqaviməti qırıldı, üçrəngli bayrağımız Xankəndidə ucaldıldı. Bu tarixi hadisə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün və suverenliyinin bütün ölkə ərazisində bərpasını təmin etdi.Beləliklə, xalqımız Prezident İlham Əliyevin liderliyi sayəsində uzun illər milli yaddaşımızda yaşayan ən mühüm problemi həll etdi. Qarabağda dalğalanan üçrəngli bayraq dövlətimizin gücünü, xalqımızın birliyini və tarixi ədalətin bərpasını bütün dünyaya nümayiş etdirdi.28 may azadlığın adını tarixə yazdı. Böyük Heydər Əliyev 28 mayda bəyan edilmiş azadlığımızı xainlərə, daxili və xarici düşmənlərə qarşı 15 iyunda qurtuluş savaşı açaraq qorudu və qalibiyyətlə dövlətçilik iradəsini yenidən siyasi gücə çevirdi. 20 sentyabrda isə Prezident İlham Əliyev bizim haqqımızı bizə qaytardı, Azərbaycanın öz taleyinə və öz torpağına tam sahib olmasını təmin etdi. 20 sentyabr 2023-cü ildə Azərbaycanın milli iradəsi ilə dövlət iradəsi bir bütövlükdə tamamlandı, dövlət hakimiyyəti ölkənin bütün ərazisində bərqərar oldu və suverenliyimiz tam təmin edildi.

“Qarabağ Azərbaycandır!” nidası ilə başlayan böyük mübarizə Lider–Xalq vəhdətinin yaratdığı qüdrət və dəmir iradə ilə Azərbaycanın suverenliyinin tam bərpasına gətirib çıxardı. Böyük güclərin himayəsinə arxalanan düşmən bu tarixi iradənin və milli gücün qarşısında pərən-pərən düşdü. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə tarix qarşısında haqqını, dövlət qarşısında məsuliyyətini, gələcək nəsillər qarşısında müqəddəs borcunu yerinə yetirdi. Dəmir iradənin qələbəsi tariximizin ən şərəfli hadisələrindən biri kimi yaddaşımıza həkk olundu.

28 may azadlığımızın, 15 iyun dövlətçilik iradəmizin, 20 sentyabr isə həmin tarixi iradənin tam suverenliyə qovuşduğu günün ifadəsidir. Bu tarixlər bir xalqın azadlıq arzusundan dövlətçilik əzminə, dövlətçilik əzmindən ərazi bütövlüyü və suverenlik həqiqətinə uzanan böyük tarixi yolun mühüm mərhələləridir. Ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması çoxəsrlik tariximizin ən böyük sərkərdəsi Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və dövlətçilik strategiyası ilə Azərbaycanın tarixi haqqının bərpasına çevrildi. Bu zəfər xalqın yaddaşında qətiyyətin, liderliyin və tarixi ədalətin təntənəsi kimi yaşayacaq. Uzun illər ərzində ölkəmizin daxilində kök salmış separatizmin kökü İlham Əliyevin böyük sərkərdəliyi ilə kəsildi. Həkim kimi qeyd edim ki, şovinizm və separatçılıq şübhəsiz yaddaşını itirməyən xroniki xəstəlikdir. Bölgənin siyasi yaddaşında İlham Əliyev liderliyi var olduqca bu xəstəliyin yenidən kök salması mümkünsüzdür və sülh silahların susduğu andan başlayır, düşüncələrin dəyişdiyi zaman möhkəmlənir. Keçmişin xəstəlikləri isə sağlam siyasi iradə qarşısında öz gücünü itirir.

Rəşad Mahmudov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri