“Dəmir kansler” qayıdır? Bu dəfə prezident kimi ...
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın sabiq kansleri Angela Merkel 2027-ci ildə keçiriləcək federal prezident seçkilərində namizəd olacağı ilə bağlı iddiaları qəti şəkildə təkzib edib. Merkelin ofisindən verilən açıqlamada qeyd olunur ki, bu istiqamətdə aparılan müzakirələr və iddialar “tamamilə yersizdir”.
Bakupost.az xəbər verir ki, “Tagesspiegel” nəşrinin sorğusuna cavab verən Merkelin sözçüsü bildirib ki, sabiq kanslerin Almaniya Federativ Respublikasının prezidenti postuna namizədliyi nəzərdə tutulmur.
Daha əvvəl “Bild” qəzeti Xristian-Demokrat İttifaqının rəhbərliyində Yaşıllar Partiyasının Merkelin prezidentliyə namizəd göstərilə biləcəyi ehtimalı ilə bağlı narahatlıqların mövcud olduğunu yazmışdı.
İndiyədək səlahiyyət müddəti başa çatan heç bir federal kansler federal prezident vəzifəsinə keçməyib. Bu səbəbdən Angela Merkelin adının gündəmə gəlməsi Almaniya siyasi dairələrində diqqət çəkib.
2027-ci ilin əvvəlində toplanacaq Federal Assambleya hazırkı prezident Frank-Valter Ştaynmayerin yerinə keçəcək yeni dövlət başçısını seçəcək.
Gözləntilərə görə, Birlik partiyaları Federal Assambleyada ən böyük təmsilçiliyə malik olacaq.
Eyni zamanda Almaniyada vaxtaşırı ilk qadın dövlət başçısının seçilməsi ilə bağlı çağırışlar da səslənir. Vəzifədə olarkən “dəmir kansler” ləqəbini qazanan Angela Merkelin adı bu kontekstdə də hallanır. Sabiq baş nazirin ofisindən bununla bağlı açıqlama verilsə də spekulyasiyalar hər gün daha da genişlənir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Xoşbəxtliyin tərzi, yaxud dəmir kansler in tərsinə tərcüməsi ...
13 Fevral 2025 11:18
Dəmir insanı da “dəmir” edir
04 May 2025 05:05
Dünənin “dəmir topuğu”, bu günün “dəmir yumruğu” Nurcan İsmayılova yazır
18 İyun 2025 19:55
BU DƏFƏ DƏMİR YUMRUQ DEYƏSƏN, İRƏVANIN BAŞINDA ÇATLAYACAQ
09 Yanvar 2025 13:51
“Dəmir Yumruq” bu dəfə ABŞ də Ekspertdən AÇIQLAMA
08 Sentyabr 2025 18:50
Baxış sayı:317
Bu xəbər 13 Fevral 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















