Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Naxçıvanın enerji sistemi yenidən qurulur

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

Xoşbəxtliyin tərzi, yaxud dəmir kansler in tərsinə tərcüməsi ...

Xoşbəxtliyin tərzi, yaxud dəmir kansler in tərsinə tərcüməsi ...

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Epiqraf: "Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə ağ insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar" - (Hindu atalar sözü)

Qarşıma maraqlı bir fikir çıxmışdı: "Adamlar yaxşı yaşamaq istəmir, sadəcə, başqasından yaxşı yaşamaq istəyir".

Təəssüf ki, müəllifini yadımda saxlamamışam. Ancaq doğru fikirdir.

Bəli, adamlar öz həyatını deyil, başqasının həyatını özününkü kimi yaşamaq istəyir.

Adamlar, əslində, yaşamır, bir-birilə həyat yarışdırır, ömürlərini... "ötüşdürür".

Məşhur Sovet şüarı kimi: " ...çatmaq və ötüb keçmək". Amma "ötüb keçmək" heç də həmişə yanından keçmək deyil, bəzən hətta "üstündən" keçməkdir.

Bunu bir qədər açaq: "həyatlararası yarış" bir çox hallarda yarışma həddini də aşır, vuruşma, çəkişmə, didişmə dərəcəsinə enir. O zaman iş cinayət törətməyə qədər gedib çıxa da bilir. Çünki başqasının əlindəkini özün başqa cür əldə edə bilməyəndə, tutub başqasının əlindən alırsan. Bu da insanı özü olmaqdan çıxarıb başqalaşdırır.

Bir də görürsən, saf, təmiz cavan bir adam cəmiyyətdə bir mövqeyə, dövlətdə bir vəzifəyə gəldi, qısa müddətdə başqalaşdı. Dönüb ayrı adam oldu. Dünən söz deyəndə üzü qızaran adam, bu gün qırmızı-qırmızı üzə durur. Niyə?! Başqasının cah-cəlalını yaşamaq istədi, dönüb o adam oldu. Dünənkindən əsər-əlamət qalmadı artıq.

Lev Tolstoy deyirdi: "Xoşbəxtlik həyat tərzində deyil, həyata baxış tərzindədir".

Sənin həyat tərzin - sənin öz həyatının tərzidir. Həyatını başqasının tərzi üzərində qurmaq isə tamam başqa tərzdir.

Psixoanalitikada bir postulat var: "məndən yaxşı" və "məndən pis" deyə bir şey yoxdur, "mənə yaxşı olan" və "başqasına yaxşı olan" var. İnsanlar da yaxşı və pis deyil, sadəcə, fərqlidir. Odur ki, "başqasından yaxşı yaşamaq" anlayışına yəqin ki, fantom bəxtəvərliyin bir növ ehtiyatlı etirafı kimi baxmalıyıq.

Əslində bir mənada başqasından yaxşı yaşamaq heç mümkün də deyil. Çünki səndən başqa hər kəs başqasıdır. Hər kəsdən yaxşı yaşamaq mümkün deyil axı! Əgər yaxşı yaşamağı pulla ölçürsənsə, əbəs: bütün pulları sən qazana bilməzsən.

Amerikada Kennet Dart adlı bir biznesmen var. Həyatının bir mərhələsində başqasının bank hesabındakı hər bir dolları özünə təhqir saymışdı. Avropanın məşhur maliyyə nəşrlərindən birinə müsahibəsində etiraf etmişdi.

Amma indi yeni trend var. Sivil cəmiyyətlərdə getdikcə aydınlanma hiss olunur. Hətta multimilyarderlər belə öz həyat tərzini sorğulamağa başlayıb. Öz fərdi ehtiyaclarını da azaltmağa meylləniblər.

Minimalizm təkcə həyat tərzi deyil, dahinin dediyi kimi, həyata baxış tərzidir.

Normal bir həyat yaşamaq üçün sənə nə qədər maddi resurs gərək olduğu sənin həyata baxış tərzindən asılıdır.

Minimal gəlirlə xoşbəxt olan da var, milyonlar qamarlayıb bədbəxt olan da var. Bir yazımda yazdığım kimi: "Ən kiçik nəsnələrdən xoşbəxt olanlar var, bir də ən kiçik "heçnə"lərdən bədbəxt olanlar"

Yapon məişət mədəniyyəti minimalizm üzərində qurulub, elədirmi?! Bəli. Ən kiçik nəsnələrdən xoşbəxt olanların cəmiyyətidir. Yapon həyat tərzi, yaşam təfəkkürü ehtiyacları minimallaşdırıb. Amma, bax, ən çox uzunömürlülər bu ölkədə yaşayır. Əslində uzun yaşamaq da şərt deyil, qeyd-şərtsiz yaşamaqdır əsl ömür. Şərtiliklərdən uzaq...

Bax, bir para adamların deməyə öz sözü yoxdur, varsa da deməyə qorxur. Ona görə özgənin sözünü deyir. Allah kimsəni özgənin sözünə möhtac buraxmasın!

Nə isə. Mətləbdən yayınmayaq. Yaponların minimalizmindən danışırdıq. Amma başqa mədəniyyətlərdə (bizim kimi cəmiyyətlərdə) insanlar hər gün özlərinə yeni ehtiyaclar fikirləşib tapır. Sonra da bu ehtiyacı ödəmək üçün öz fiziki, koqnitiv və emosional resurslarını sərf edib tükədir. Sadə dillə desək, özünü oda-közə vurur. Bu da bioloji ömrün qısalması deməkdir.

Məşhur bir deyim var: "Yer üzündəki insanların hamısı kölədir; yarısı pulun köləsidir, yarısı pulsuzluğun". Amma bəlkə də hamısı ehtiyacın köləsinə çevrilib. Şair demiş: "Ehtiyac qul edir, qəhrəmanı da". Amma hansı ehtiyac?!

Dahi alman siyasətçisi və sərkərdəsi Otto fon Bismark Rusiyada öz ölkəsinin səfiri olmuşdu, rus psixologiyasının dərinliklərinə varmışdı. Bismark deyirdi: "Ruslar ehtiyacının çox cüzi olması ilə təhlükəlidir". Yəni beynini velikorus şovinizmi ilə "yumusansa", bir baş soğan, yüz qram araq ver, gedib başqasının torpağını işğal edəcək...

İndiyə baxıram, Rusiyada, demək olar, dəyişən bir şey yoxdur. Amma başqalarında başqa cürdür. İllah da bizim kimi cəmiyyətlərdə hər şey Bismarkın dediyinin əksinədir: biz tələbatımızın ifrat çoxluğu ilə... təhlükəliyik. Baxırsan eləsi var, öz külfəti ilə kirayələrdə sürünür, amma Range Rover sürür.

Deməli, biz Bismarkı "tərsinə" oxumuşuq və öz tələbatlarımızın çoxluğu ilə... elə özümüz üçün təhlükəyik. Bu ifrat tələbatları ödəmək üçün isə özümüzü parçalayırıq, çırpınırıq, didinirik. "Əlləşib-vuruşmaq" elə-belə söz deyil. Canımızla əlləşir, özümüzlə, özgəsilə vuruşuruq. Nə var ki, təzə "Iphone" çıxıb...

Çoxumuz öz dünyamıza qapanıb, qapılıb, qısılıb, qalmışıq Biləcərinin bu üzündə. Elə otuz yaşlı cavan azərbaycanlı var, ömründə bircə dəfə də səfərə çıxmayıb, amma səksən-doxsan yaşlı yapon cütlüklər qol-qola dünyanı gəzir. Alman turistlər ekvatoru ikinci dəfə fırlananda, biz hələ Xırdalan dairəsindən çıxmamışdıq...

Düzdür, Emil Zolyaya görə, "heç bir şey zəkanı səyahətdən daha çox gəlişdirə bilməz". Qismən doğrudur. Çünki bütün dünyanı gəzib gəlmiş o qədər görgüsüz, görməmiş tanıyırıq ki. Nizami ömrü boyu Gəncədən çıxmamışdı, amma əsərləri Dünyanı dolaşır. Deməli, təkcə bu deyil. Oxumağa tənbəllik edənlər Emil Zolyanın sözündən yapışıb Dünyanı gəzməklə özündə dünyagörüşü formalaşdırmağa çalışır. Bu, yanlışdır; nəticədə getdiyin muzeydə tur bələdçisinin sənə söylədikləri nə vaxtsa kitabdan oxuduqlarıdır, elə deyilmi?! Sadəcə, gəzməkdə deyil məsələ.

Yaponların və avropalıların çevik zəka, uzun yaşamaq sirri düzgün qidalanmaq və çox gəzmək, vaxtında işləyib, vaxtında dincəlməkdir. Orqanizmin gücünü, enerjisini boşa tükətməməkdir. "Yox!" deməyi bacarmaqdır. Vaxtında və yerində imtina etməkdir.

...Fikir vermisiniz, bizim ölkədə sinif yoldaşları illər sonra görüşür. Eyni yaşda olsalar da, görürsən, biri gənc və enerjili qalıb, o biri vaxtından qabaq sozalıb, qocalıb. Kim öz resurslarını düzgün balanslaşdıra bilibsə, düzgün sərf edibsə, o, daha cavan qalıb. Kim özünü tükədibsə, yaşlanıb, gedib.

Mən "Yaşamağa gecikən adam" adlı yazımda yazmışdım: "Bizə elə gəlir ki, adam yaşlananda dincələcək. Əksinə adam elə cavan vaxtı dincəlməlidir".

O qədər yaşından tez böyümüş uşaqlar, öz vaxtından tez qocalmış cavanlar tanıyırıq ki. Uşaqlıq çağlarını, cavanlıq illərini yaşamadan, öz ömrünün üstündən adlayıb keçmiş adamlar. Keçmişi gələcək, gələcəyi keçmiş olan insanlar. Həyatın içindən yox, yanından ötmüş.

Ömründə bəlkə bir dəfə də ürəkdən gülməmiş adamlar var, inana bilirsinizmi?! Dodaqlarının ucunda ani, məcburi gülümsəmələrdən dodaqları bükülmüş, hətta çənəsi əyilmiş adamlar var. Bircə dənə də olsun, lətifə bilməyən, bilsə də, lətifə kimi danışmağı bacarmayan, yumorun da qara rəngini seçib götürmüş qaraqabaqlar "ordu"su dolaşır ətrafımızda.

İllah da yeni nəsildə hiss olunur. Yumor hissi ilə böyüməmiş, körpəlikdən əngəllilər çoxalıb. Hələ insani duyğuları sanki "axtalanmış" olanlar da bir başqa dərddir. Belələri cavan məmurlar arasında da az deyil; özü necə duyğusuz zombidirsə, qarşısındakı insana da o tərz cansız əşya kimi baxır. Bu adamlar belə cavan yaşda gülümsəməyi də unudubsa, bu qədər sürətlə köhnəlibsə, bəs sonrası necə olacaq?! Üz əzələlərinin iflicinə ən çox bu cür adamlarda rast gəlinir.

Kimsə bizi inandırıb ki, bütün yaxşı işləri çox ciddi üz ifadəsi ilə görmək olar. Əslində isə, müdrik bir insanın dediyi kimi, bütün pisliklər ciddi sifət mimikaları ilə edilir. Hətta bəzilərində heç mimika-filan da yoxdur. Daha yaxşı yaşamaq üçün getdikcə daha pis adama dönür insan. "Yaxşı yaşamaq" anlayışını tərs anladığı üçün.

Kimsə bizi aldadıb ki, yaxşı yaşamaq üçün mütləq lap yaxşı yaşamağa can atmaq lazımdır.

Adamın heç tarixdən xəbəri yoxdursa, ondan hansı fəlsəfəni umacaqsan ki?! Lazım olan kitabları oxusaydı, elə ən azı Artur Şopenhauerdən bilərdi ki, həyat - biz onun haqqında nə düşünürüksə, odur. Bizim bildiyimizdən daha yaxşı bir həyat yoxdur. Varsa da, çox ağır bədəlləri ilə birlikdə var. Şopenhauer onu da deyir ki, dünyanın ən yoxsul adamı puldan başqa heç nəyi olmayandır. Deməli, yoxsul olmaq eyib deyil, filosofun dediyi o, "dünyanın ən yoxsul adamı" olmaq eyibdir. Üstəlik də adamın pulu da halal deyilsə, bu, lap fəlakətdir.

"Yoxsul olmaq eyib deyil" dedik. Amma, baxın, varlı haram varı ilə öyündüyü yerdə yoxsul halal "yox"undan utanır. Doğrudanmı, biz pulun çoxluğu ilə yoxluğu arasında vurnuxa-vurnuxa ölüb gedirik?! Həm də xoşbəxtliyin "var"da, yoxsa "yox"da olduğunu bilmədən...

Amma, yox! Bu sualın bir cavabı mütləq var!

Mən bu sualın cavabını bilirəmmi, yoxsa yox?! Onu da bilmirəm. Sadəcə doğru bildiyim bir fikri bildirəcəm. Əvvəldə yazdığım kimi, haramla varlandıqca, insan bir para şeylərdən yoxsun qalır. Həyat bu mənada çox amansızdır; sən ondan maddi anlamda daha qiymətli bir şey istəyəndə, o da əvəzindən sənin ən qiymətli olanını - daxili cövhərini əlindən alır. Gözündəki gülüşdən tutmuş, üzündəki nura qədər hər şeyini alır. Səni səndən alıb, "sökür", təzədən "yığır"; sənin materialından tamam başqa bir "sən" düzəldib, sənin özünə qaytarır...

Bəlkə də bir gün həqiqət anı gəlir və

içindəki o əvvəlki "sən"in qalıqları tərpənir, sonrakı "sən"in yaxasından yapışıb soruşur: "buna dəyərdimi?!"

Onda da artıq çox gec olur. Hər şey üçün çox gec...

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see137

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see129

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri