Dəmir yollarının yenidən milliləşdirilməsinə başlanılıb
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Britaniya dəmir yollarının yenidən milliləşdirilməsinə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ITV telekanalı məlumat yayıb.
Hələ müxalifətdə olarkən Leyboristlər Partiyası hakimiyyətə gəldiyi təqdirdə dəmir yollarını milliləşdirmək planlarını açıqlamışdı. İyulda seçkilərdə qələbə qazandıqdan dərhal sonra leyboristlər bunu "mümkün qədər tez" etmək niyyətində olduqlarını bildiriblər. Britaniyada dəmir yolları 1990-cı illərdə özəlləşdirilmişdi.
"Dəmir yolu xidmətlərinin yenidən milliləşdirilməsi başlayıb", - telekanal qeyd edir.
Telekanalın məlumatına görə, ilk olaraq "South Western Railway" şirkəti milliləşdirilib, onun ardınca digərləri də gələcək.
2024-cü ilin sonunda Britaniya hakimiyyəti ölkənin bütün dəmir yollarının üç il ərzində milliləşdirilməsini gözlədiklərini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 01 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















