Dəmiryolçular iməcilik keçirdilər FOTO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
13 oktyabr - Azərbaycan dəmiryolçularının peşə bayramı ilə əlaqədar Azərbaycan Dəmir Yolları (ADY) və "KPMG Azərbaycan" şirkətinin əməkdaşlarının iştirakı ilə iməcilik keçirilib.
Bizim.Media xəbər verir ki Oktyabrın 9-da Lökbatan sahəsində "Yollarımız dəmir, izlərimiz təmiz" şüarı altında təşkil olunmuş iməcilikdə zəruri sanitar ləvazimatlarla təchiz edilmiş iştirakçılar tərəfindən dəmir yolu xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantıları, o cümlədən plastik və polietilen tullantılar təmizlənib, eyni zamanda, abadlıq işləri görülüb.
Toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib.
ADY və "KPMG Azərbaycan"ın 100 nəfərdən çox əməkdaşının iştirak etdiyi tədbirin əsas məqsədi ADY-nin ekoloji məsuliyyəti çərçivəsində ətraf mühitin mühafizəsini gücləndirmək, əməkdaşlar arasında ekoloji maarifləndirməni artırmaq və dəmir yollarının təmizliyini qorumaqdır.
ADY bu cür iməcilikləri keçirməklə həm dəmir yolları ətrafında yerləşən icmaların sağlamlıq və gigiyenik şəraitinin yaxşılaşmasına, həm də ekoloji mühitin qorunmasına töhfə verir.





Bizim.Media
Baxış sayı:96
Bu xəbər 09 Oktyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















