Demokratlar qalib gəlsələr... Tramp hədələdi
Icma.az bildirir, Modern.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi halında veto hüququndan fəal istifadə edəcəyini bildirib. O, demokratların indiyədək gördüyü işlərin nəticələrini məhv etməsinə imkan verməyəcəyini vurğulayıb.
Modern.az xəbər verir ki, Tramp bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.
Prezidentin jurnalist Miranda Devinlə “Pod Force One” podkastı üçün söhbəti zamanı səsləndirdiyi fikirlər bazar ertəsi yayımlanacaq.
“Düşünürəm ki, mən “Veto cənabı” olacağam”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti ehtimal edib ki, demokratlar imzalaması üçün ona müxtəlif qanun layihələri göndərəcəklər. Lakin tərəflər arasında kompromis əldə olunana qədər o, həmin sənədlərə veto qoyacaq.
“Yəqin ki, müəyyən mərhələdə razılaşmalar əldə edəcəyik. Bu, əvvəllər də baş verib və ilk belə hal olmayacaq”, - deyə Tramp qeyd edib.
Tramp ilk prezidentlik müddətində 10 qanun layihəsinə veto qoyub. İkinci prezidentlik müddətində isə indiyədək bu hüquqdan 2 dəfə istifadə edib.
Proqnozlara görə, respublikaçılar Konqresdəki çoxluğu qoruyub saxlamaq uğrunda ciddi mübarizə aparmalı olacaqlar. Nümayəndələr Palatasına nəzarət uğrunda mübarizədə demokratlar ön planda göstərilir. Senata nəzarətlə bağlı seçkilərin nəticəsi isə daha qeyri-müəyyən hesab olunur. Respublikaçılar bir sıra ştatlarda ciddi rəqabətin gözlənildiyi yerlər uğrunda mübarizə aparırlar.
Demokratlar Konqresin heç olmasa bir palatasında nəzarəti ələ keçirəcəkləri təqdirdə Tramp, onun administrasiyası və müttəfiqləri ilə bağlı araşdırmaları intensivləşdirmək niyyətindədirlər.
ABŞ Prezidenti isə respublikaçıların Konqresin hər iki palatasında çoxluğu qoruyub saxlayacağına əmin olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 02 Noyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















