Icma.az
close
up
RU
Dendrologiya İnstitutunda Anım Günü: şəhidlər hörmətlə yad edilib

Dendrologiya İnstitutunda Anım Günü: şəhidlər hörmətlə yad edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib. Öncə Vətən müharibəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə institutun baş direktor vəzifəsini icra edən dosent Minarə Həsənova bildirib ki, 27 Sentyabr Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılıb. Alim 44 günlük savaşın sonunda əldə edilən şanlı Qələbənin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Azərbaycan dövləti bu Qələbəni şəhidlərin qanı, canı bahasına əldə edib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu Qələbəyə zəmin yaratdığını qeyd edib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxışında 27 Sentyabrın xalqımızın milli iradəsinin, birlik və həmrəyliyinin simvolu olduğunu deyib. Vətən müharibəsi zamanı “Zəfər TV” kanalının fəaliyyətə başlamasından, şəhid və qazi ailələri ilə aparılan verlişlərdən danışıb.

Daha sonra “Zəfər TV”nin Füzuli rayon Yağlıvənd kəndində şəhid Səhriman Hüseynov haqqında hazırladığı film nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri