Denis Beçiroviç: Bütün dünya üçün daha yaxşı gələcəyə çalışacağıq
Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya, o cümlədən Bosniya və Herseqovina, eləcə də bütün Cənub-Şərqi Avropa üçün çox mühüm hadisədir.
"Operativ Media" xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beciroviç "AnewZ" televiziya şirkətinə bildirib.
“Ümid edirəm ki, birlikdə bütün dünya üçün daha yaxşı gələcəyə çalışacağıq”, - o vurğulayıb.
Qeyd edək ki, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və COP29-a dəvətə görə minnətdarlığını bildirib. O, həmçinin bu tədbirin Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib və uğurlu olacağına əminliyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 11 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















