Icma.az
close
up
RU
Dəniz nəqliyyatı yaradılır? AÇIQLAMA

Dəniz nəqliyyatı yaradılır? AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Bakıda sürətlə artan avtomobil sayı, yol infrastrukturu üzərində böyük yük yaradaraq paytaxtda nəqliyyat sıxlığını daha da kəskinləşdirib. Xüsusilə pik saatlarda uzun tıxaclar həm insanların vaxt itkisinə, həm də iqtisadi zərərlərə səbəb olur.
Bakıda İstanbul nümunəsində dəniz nəqliyyatı yaradıla bilərmi?
Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib. O bildirib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün müxtəlif addımlar atılır:
“Bu çərçivədə Bakı şəhərinin nəqliyyat problemi də xüsusi diqqət mərkəzindədir. Məsələnin həlli üçün həm yerli, həm də xarici təcrübələrə istinad etmək vacibdir. Dünyada bu sahədə uğurlu praktikalar mövcuddur və biz də bu təcrübələrdən yararlanmağa çalışmalıyıq. Lakin nəzərə almaq lazımdır ki, Bakı və İstanbul kimi şəhərləri bir tutmaq olmaz. İstanbul il ərzində milyonlarla turist qəbul edir və bu turist axını nəqliyyat xərclərinin ödənilməsində mühüm rol oynayır. Dəniz nəqliyyatı da bu xərclərin kompensasiya olunmasında istifadə edilir”. 
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda isə bu modelin tətbiqi birbaşa dövlət büdcəsinə yük ola bilər:
“Bu səbəbdən, dəniz nəqliyyatı və digər alternativ nəqliyyat modellərinin tətbiqində dövlətlə yanaşı, özəl sektorun, xüsusilə də böyük holdinqlərin iştirakı vacibdir. Sahibkarlar bu prosesdə maraqlı olmalı, öz təşəbbüslərini irəli sürməlidirlər. Əks halda, bu layihələr dövlət büdcəsinə əlavə yük yaradacaq və investisiyalar səmərəsiz istiqamətə yönələ bilər. Ona görə də məsələni yalnız dövlət resursları ilə deyil, özəl sektorun əməkdaşlığı ilə həll etmək daha məqsədəuyğundur. Beləliklə, həm maliyyə yükü azalacaq, həm də nəqliyyat infrastrukturunun inkişafı sürətlənəcək”.
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 İyul 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see336

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see281

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see277

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see264

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see230

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see226

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see219

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see218

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see199

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see196

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see193

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see180

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see178

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see174

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see165

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see163

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see161

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see159

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see157

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri