Icma.az
close
up
RU
Dəniz sahilində rəngbərəng lalə sərgisi FOTOLAR

Dəniz sahilində rəngbərəng lalə sərgisi FOTOLAR

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 11 aprel, AZƏRTAC

Lalələr yazın gözəlliyindən soraq verən və göz oxşayan güllərdən biridir. Könüllərə xoş duyğular gətirən bu gözəl gülləri təbiətin oyanışının, baharın rəngarəngliyinin və həyatın füsunkarlığının rəmzi kimi qəbul edirlər.

Qızıl laləni nəyə bənzətməyiblər? Qızıl bayrağa, həyalı qız yanağına, gözəl bir xanımın başına örtdüyü qırmızı yaylığa, od vurulmuş zəmiyə... Hansı gözlə baxırsan, bax, bütün hallarda laləli düz duyğuları cuşa gətirən füsunkar bir mənzərədir.

Üçüncü ildir ki, Dənizkənarı Milli Park ərazisi yazın bu günləri özünün ən xoş çağlarını yaşayır. Müxtəlif rəngdə açan lalələr Xəzər sahilini rəngli bir xalçaya bürüyüb. Yol kənarlarında və çəmənliklərdə bitən al qırmızı, sarı, ağ və bənövşəyi rəngli güllər həmin əraziyə özgə bir görkəm verir. Dənizdən əsən zərif meh vurduqca al-əlvan güllər sahil boyu yellənərək bu yerlərin gözəlliyinə başqa bir təravət gətirir.

Paytaxtın əsas istirahət məkanlarından biri olan parkda əkilən dağ lalələri və aparılan yaşıllaşdırma işləri əraziyə füsunkar və baxımlı görkəm verib. Parkın müxtəlif hissələrində salınan həmin güllər ümumi landşaftın ayrılmaz hissəsinə çevrilib. Rəngbərəng lalələr zolağı ziyarətçi və turistlərin ən çox üz tutduğu məkanlardan biridir. AZƏRTAC-ın müxbiri həmin ərazinin seyrçilərindən olmaqla parkdakı lalələrin gözəllik dünyasını obyektivin kamerasına köçürüb.

Bu il bulvar ərazisində 8 rəngdə 80 mindən artıq lalə əkilib. Rəngbərəng dağ lalələri bulvarın estetik görüşünə, görkəminə gözəllik qatmaqla bərabər yaşıllıq balansının qorunmasına da səbəb olur. Burada rəngli fonda şəkil çəkdirən, fotosessiya edənlər də var, güllərin dəniz mənzərəsi ilə yaranan harmoniyadan zövq alanlar da.

Hər nəyə bənzəyir-bənzəsin, al-əlvan lalələrin sərgi açdığı Dənizkənarı bulvar bir gözəllik dünyasıdır. Bu gözəlliyi görməyə, sevməyə və duyğulanmağa dəyər...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Aprel 2026 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri