Dənizçilər şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq gəmilərdən fit səsi veriblər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 27 sentyabr, AZƏRTAC
Bu gün saat 12:00-da ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, dənizçilər də sükut dəqiqəsinə qoşulub və ehtiram əlaməti olaraq gəmilərdən fit səsi veriblər.
Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 27 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















