Icma.az
close
up
RU
Dənizçilərin hazırlığı istiqamətində islahatlar APARILIR

Dənizçilərin hazırlığı istiqamətində islahatlar APARILIR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçilərin hazırlıq prosesinin milli və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində bır sıra islahatlar həyata keçirməkdədir.

Modern.az xəbər verir ki, dənizçilik ixtisasları üzrə tədris yalnız peşə təhsili müəssisəsi statusuna malik, lisenziyalaşdırılmış və akkreditasiyadan keçmiş tədris mərkəzləri tərəfindən həyata keçirilə bilər.

Tədris proqramları isə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyanın və Beynəlxalq Dəniz Təşkilatının (BDT) model kurslarının tələblərinə uyğun hazırlanmalı, həmçinin dənizçilərin bilik, bacarıq və səriştələrinin beynəlxalq standartlara uyğun inkişafını təmin etməlidir.    

Bununla bağlı Agentlik tərəfindən 2024-cü ilin 23 avqust tarixində təlim-tədris mərkəzlərinə sirkulyar məktub ünvanlanıb.

Qeyd edək ki, cari ilin 1 iyun tarixindən etibarən ixtisasartırma və sıravi heyət hazırlığı kurslarını peşə təhsil müəssisəsi və ya əlavə təhsil fəaliyyəti üçün lisenziya əldə etməyən, eyni zamanda akkreditasiyasız şəkildə fəaliyyət göstərən təlim-tədris mərkəzlərini bitirən şəxslər Agentliyin təşkil etdiyi imtahanlara buraxılmayacaq və buna uyğun olaraq şəhadətnamə və ya sertifikat (diplom) əldə edə bilməyəcəklər.

Həmçinin cari ilin 1 iyun tarixindən sonra əlavə təhsil müəssisələrində tədrisi başa vuran müdavimlərin Agentlik tərəfindən təşkil olunan imtahanlara buraxılması məsələsi yalnız “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq həyata keçiriləcək. Qeyd olunan maddəyə əsasən, yalnız ali, orta ixtisas və ya peşə təhsili pillələrindən birini uğurla bitirən müdavimlər imtahanlarda iştirak etmək hüququ qazanacaqlar.   

Qeyd olunan tələblərin icrası ölkəmizdə dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsinə, beynəlxalq standartlara cavab verən təlim-tədris prosesinin qurulmasına və dəniz təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri