Icma.az
close
up
RU
Depressiya müalicəsində yenilik

Depressiya müalicəsində yenilik

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bristol Universitetinin tədqiqatçıları iltihab proseslərinin qarşısını almaqla, standart müalicəyə tabe olmayan depressiya əlamətlərini yüngülləşdirməyin mümkün olduğunu müəyyən ediblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə araşdırma "JAMA Psychiatry" jurnalında dərc olunub.

Orada qeyd olunub ki, sınaq iştirakçıları terapiyadan sonra narahatlıq, yorğunluq və depressiv simptomların azaldığını bildiriblər.

Məlumdur ki, depressiyadan əziyyət çəkən insanların təxminən üçdə biri serotonin və digər neyromediatorlara təsir edən standart antidepressantlara qarşı zəif reaksiya verir. Son illərdə elm adamları bu cür halları orqanizmdəki xroniki iltihabla əlaqələndirirlər. Xüsusilə, iltihab reaksiyalarında iştirak edən immunitet siqnal molekulu olan "interleykin-6"nın depressiya ilə sıx bağlı olduğu müəyyən edilib.

Tədqiqatçılar bu yolu bloklamağın depressiyanı azaldıb-azaltmayacağını yoxlamaq üçün revmatoid artrit zamanı istifadə olunan "tosilizumab" dərmanından istifadə ediblər. Tədqiqata standart müalicəyə reaksiya verməyən və qanında xroniki iltihab əlamətləri (C-reaktiv zülalın səviyyəsinin yüksək olması) müşahidə olunan 30 xəstə cəlb edilib. Könüllülərin bir qrupuna dərman, digərinə isə plasebo verilib.

Dörd həftəlik müşahidələr nəticəsində dərman qəbul edən qrupda vəziyyətin yaxşılaşdığı müşahidə olunub. İştirakçılar yorğunluğun azaldığını, diqqətin cəmlənməsinin və iştahanın yaxşılaşdığını, həmçinin daxili gərginliyin azaldığını qeyd ediblər. Tədqiqatın sonunda "tosilizumab" qrupunda iştirakçıların təxminən 54%-i remissiyaya çatıb, plasebo qrupunda isə bu göstərici 31% təşkil edib. Müalicə effekti xüsusilə müalicədən əvvəl C-reaktiv zülal səviyyəsi daha yüksək olan xəstələrdə özünü göstərib.

Tədqiqatın müəllifləri hesab edirlər ki, bu nəticələr yalnız simptomlara deyil, həm də xəstənin bioloji xüsusiyyətlərinə əsaslanan "fərdiləşdirilmiş psixiatriya" yanaşmasının vacibliyini sübut edir.(publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 May 2026 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri