Icma.az
close
up
RU
Depressiyanı tanıyın

Depressiyanı tanıyın

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Son zamanlarda adını tez-tez eşitdiyimiz depressiya xalq arasında həddindən artıq bədbəxtlik halı ruh düşkünlüyü olaraq bilinər.

Ancaq hər bədbəxtlik və ruh düşkünlüyü depressiya deyil. İnsanların ayrılıq, yaxın birinin itkisi kimi vəziyyətlərdə yaşadığı kədər və yas tutma ilə depresiyanı ayırmaq lazımdır. Yas dövründə adam kədərli ola bilər və bu normal yaşanması gərəkən bir müddətdir. Depressiya bəzən belə bir itkidən sonra da ortaya çıxa bilər ancaq depressiya diaqnozu ala bilməsi üçün yas prosesinin atlata bilməməsi, şiddətli və davamlı olması lazımdır.

Özünü heç bədbəxt hiss etmədiyini söyləyən adam yoxdur. Çünki duyğularda dəyişikliklər və eniş-yoxuş yaşana bilər. Bu normaldır. Bu səbəblə insanların depressiya haqqında daha çox məlumata sahib olması lazımdır. Əvvəlcə depressiya diaqnozu aşağıdakı əlamətlərdən 5 və daha çoxunun, ən az 2 həftə boyunca davam etdiyi vəziyyətlərdə qoyurlar.
1. İntihar düşüncəsi

2. Günahkarlıq və/və ya dəyərsizlik hissi

3. Marağın və zövqün azalması

4. Yuxu pozuntusu (həddindən artıq çox yatmaq ya da yuxusuzluq)

5. Iştahta artma / azalma

6. Hərəkətdə yavaşlama

7. Yorğunluq və enerji itkisi

8. Diqqət dağınıqlığı

9. Qərarsızlıq

Depressiya yüngül-orta-ağır şiddətdə ola bilər. Depresiyadakı insanlar dəli, anormal və zəka baxımından zəif kəslər deyil.

Depressiya həyat boyu qadınlarda kişilərdən daha çox görülməkdədir. Qadınlarda  25%, kişilərdə isə 12% qədərdir. Depressiya riski 18-44 yaşlarında daha çox 65 və üzərində isə daha azdır.

Depressiyada genetik faktorlarda böyuk rol oynayır. Ancaq ekoloji faktorlar, yetişdirilmə tərzi də insanlara öz təsirini göstərir.

Depressiyanın tək bir səbəbi yoxdur. Bir çox faktor depressiyaya səbəb olabilir. Ailənin depressiyaya uyğunluğu və beyin kimyasının xüsusiyyətləri, yaşanılan təcrübələr, mənfi düşüncə və davranışda bir sıra dəyişikliklər depressiyanın səbəbləri sırasındadır.

Həyatdan zövq alınan fəaliyyətlərin olmaması ya da azalması, bir sıra mövzularda yaşanılan müvəffəqiyyətsizliklər, çarəsizlik və ümidsizlik inancları da insanı depressiyaya meyilli hala gətirər.

Depresiyanı ortaya çıxaran birinci faktor beyin yəni sinir sistemi, beyindəki struktur və ya kimyəvi bəzi dəyişikliklər, ikinci faktor şəxsiyyət quruluşu yəni insanın ümumiyyətlə dünyanı və özünü dəyərləndirilmə şəkli, üçüncü faktor isə ətraf yəni yaşadığınız hadisələr.

Depressiya müalicəsi mümkün olan bir psixoloji pozuntudur. Pasiyentin xüsusiyyətinə görə psixoloq tərəfindən məqsədəuyğun psixoterapiya üsulları seçilir və həyata keçirilir. Pasiyent psixoloq ilə əməkdaşlıq etsə müalicə müsbət nəticə verir.

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see751

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see304

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see285

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see274

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see254

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see244

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see235

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see219

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see208

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see190

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see179

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see176

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see175

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri