Icma.az
close
up
RU
Deputat: 2030 cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq

Deputat: 2030 cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə dövlətlərin enerji təhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyin təmin olunması qədər əhəmiyyətli və prioritet məslədir. Dayanıqlı enerji təminatı olmadan ticarətin, istehsalın, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafından söhbət gedə bilməz. Xüsusilə bu gün texniki tərəqqinin inkişaf edərək yüksək səviyyəyə çatmasını, süni intellektin tətbiqini, elektron hökumətin yaradılmasını dayanıqlı enerji olmadan təsəvvür eləmək mümkün deyil.

BAKU.WS xəbər verir ki, bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.

O bildirib ki, gələcəkdə enerji tələbatının daha dayanıqlı olması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi enerji transformasiyası siyasəti artıq öz bəhrəsini verməkdədir.

"Bu gün "ACWA Power" şirkəti tərəfindən icra olunan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi ilk növbədə dövlətimizin enerji potensialını və təminatını artırır. İqtisadiyyatın müxtəlif sahələrində istifadə olunan enerjinin dayanıqlılığını təmin etməklə yanaşı yeni istehsal və emal müəssisələrinin yaradılmasına imkan verir. 2020-ci ildə Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Ölkəmizdə yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 giqavat, dənizdə 157 giqavatdır. Bu potensial qarşıya qoyulan məqsədə çatmaq üçün fürsət yaradıb. Digər tərəfdən isə Azərbaycan karbon emissiyasını azaldaraq yaşıl enerjiyə keçid edir və ölkəmizin gələcəkdə yaşıl iqtisadiyyata transformasiya olunması üçün platforma yaradır", - deyə deputat nəzərə çatdırıb.

Ziyad Səmədzadə bildirib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və müvafiq konsepsiya sənədi hazırlanıb: "Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur. Bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilib. Eyni zamanda, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu müəyyən edilib. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı var. 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq ki, bu da onun ixracı zərurətini yaradacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Yanvar 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri