Deputat: “ABŞ Azərbaycan münasibətləri anti Azərbaycan dairələrinin arzularını gözündə qoydu”
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
“ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Konqresmen ermənipərəst Bred Şermanın müəllifi olduğu iki qanun layihəsinə təklif etdiyi düzəlişləri rədd edib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, bu düzəlişlərdən biri, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası çərçivəsində Azərbaycana göstərilən yardımların dayandırılmasını nəzərdə tuturdu:
“Digəri isə ABŞ Prezidentinin 907-ci düzəlişin tətbiqini dayandırmaq səlahiyyətinin əlindən alınması ilə bağlı idi. Bu maddənin tətbiqi vaxtilə Prezident Donald Tramp tərəfindən dayandırılmışdı. Bred Şerman dəfələrlə anti-Azərbaycan mövqeyi ilə tanınıb və korrupsiyada adı hallanan, ermənipərəst mövqeyi ilə seçilən Menendez kimi fiqurların sırasında yer alır. İstisna deyil ki, yaxın gələcəkdə o da öz həmkarı Menendezin taleyini yaşasın və hüquqi məsuliyyətə cəlb olunsun.
Amerikanın milli maraqlarını deyil, şəxsi ambisiyalarını və maddi maraqlarını ön plana çəkən bu cür siyasətçilər sonda öz cəzalarını alırlar. Hər iki qanun layihəsinə düzəlişin rədd olunması, 8 avqust tarixində Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında aparılmış danışıqların və əldə olunmuş razılaşmaların nəticəsi kimi də qiymətləndirilə bilər”.
Deputat qeyd edib ki, məhz həmin danışıqlar 907-ci düzəlişin tətbiqinin dayandırılmasına şərait yaratmışdı:
“Bred Şerman isə bu uğurları gözü götürməyən dairələrin dəstəyini qazanmaq üçün ermənipərəst mövqedən çıxış edərək uğursuz təşəbbüslərlə gündəmə gəlməyə çalışdı. Amma nəticədə tam fiaskoya uğradı. Bu hadisə bir daha göstərdi ki, ABŞ-Azərbaycan münasibətləri artan xətt üzrə inkişaf edir. Bu münasibətlərin möhkəmlənməsi anti-Azərbaycan dairələrin və ermənipərəst qüvvələrin arzularını gözündə qoyur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:“ABŞ Azərbaycan münasibətləri artan dinamika ilə inkişaf edir” Deputat
20 Noyabr 2025 21:07
Məni Azərbaycan ABŞ işçi qrupuna salmadılar Deputat
10 Sentyabr 2025 12:49
Regionda Azərbaycan ABŞ üçün önəmli dövlətdir Deputat
18 Noyabr 2025 19:10
“Azərbaycan Çin münasibətləri günü gündən dərinləşir” deputat
13 Fevral 2025 10:58
Azərbaycan Qazaxıstan münasibətləri dərin köklərə malikdir Deputat
21 Oktyabr 2025 12:58
Baxış sayı:86
Bu xəbər 24 Sentyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları