Icma.az
close
up
RU
Deputat: Antiterror əməliyyatları Cənubi Qafqazda yeni inkişaf imkanlarının əsasını qoydu

Deputat: Antiterror əməliyyatları Cənubi Qafqazda yeni inkişaf imkanlarının əsasını qoydu

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"20 Sentyabr- Dövlət Suverenliyi Günü Azərbaycan üçün olduqca əlamətdar hadisədir. Çünki bir çox dövlətlər formal olaraq müstəqil görünsələr də, faktiki olaraq öz suveren hüquqlarından tam istifadə edə bilmirlər. Onların bir qismi böyük dövlətlərin təsiri altında fəaliyyət göstərir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Deputat Azər Allahverənov deyib. 
O bildirib ki, Azərbaycan üçün isə bu günün əhəmiyyəti xüsusilə 44 günlük Vətən müharibəsindən sonra daha da artdı:
"30 ildən artıq işğal altında olan torpaqlarımızın böyük hissəsi ordumuzun fədakarlığı və Ali Baş Komandanın rəhbərliyi ilə azad edildi. Çox az bir hissə isə Rusiya sülhməramlılarının nəzarətinə keçdi.
Həmin ərazilərdə erməni silahlı birləşmələrinin mövcudluğu təxribatlara səbəb olurdu. Bu vəziyyət Azərbaycan mülki əhalisinə qarşı belə təhlükələr yaradırdı. Nəticədə 2023-cü ilin 19–20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Ermənistanın qanunsuz silahlı birləşmələri tərksilah edildi, qondarma rejimin hərbi qüvvələri ölkə ərazisindən çıxarıldı və Azərbaycanın konstitusiya quruluşu bütün ərazilərdə bərpa olundu".
Deputat deyib ki, bu hadisə ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində suverenliyini tam şəkildə təsdiq edən azsaylı dövlətlərdən birinə çevrildi:
"Son 80 ildə ərazilərini işğaldan azad edib dövlət suverenliyini bərpa edən yeganə ölkə kimi Azərbaycan dünya tarixində öz adını qızıl hərflərlə yazdı.
Yeni reallıq bölgədə sülh danışıqlarını şərtləndirdi. Azərbaycan dəfələrlə sülh çağırışları etsə də, Ermənistan buna etinasız yanaşırdı. Lakin 23 saatlıq əməliyyatdan sonra Ermənistan sülhdən başqa alternativin olmadığını qəbul etməyə məcbur oldu. Azərbaycanın təklif etdiyi 5 əsas prinsip əsasında, sonrakı mərhələdə 2025-ci ilin martında tərəflər arasında 17 bəndlik sülh sənədi razılaşdırıldı. Daha sonra, 8 avqustda Vaşinqtonda sənəd paraflandı ki, bu da sülh danışıqlarının uğurlu irəliləməsi üçün əlverişli zəmin yaratdı".
Deputatın sözlərinə görə, bu əməliyyat yalnız Azərbaycanın suverenliyini bərpa etmədi, həm də Cənubi Qafqazda yeni inkişaf imkanlarının əsasını qoydu:
"Kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması və qarşılıqlı etimad mühiti formalaşdırıldı. Bununla Azərbaycan separatçılığa qarşı effektiv mübarizə modeli nümayiş etdirdi ki, bu da beynəlxalq aləmdə müsbət qiymətləndirildi.
Nəticə etibarilə, 2023-cü ilin sentyabr əməliyyatı təkcə Azərbaycanın deyil, bütün regionun tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Azərbaycanın əldə etdiyi bu uğur həm sülh prosesinin irəliləməsinə, həm də separatçılığa qarşı mübarizədə dünyaya nümunə oldu".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Sentyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri