“İrəvandakı sammit Cənubi Qafqazda yeni münasibətlər sisteminin əsasını qoya bilər” Politoloq
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Avropa Siyasi Birliyinin sammitinin Cənubi Qafqaz ölkələrində keçirilməsi, hesab edirəm ki, böyük hadisədir. Əvvəlcə bu toplantı Ermənistanın paytaxtı İrəvanda, daha sonra isə Bakıda keçiriləcək. Bu, bir tərəfdən siyasi dialoqun genişlənməsi üçün fürsət, digər tərəfdən dövlətlərarası əməkdaşlıq və sülh quruculuğu üçün imkan kimi qiymətləndirilə bilər".
Bu fikirləri Redaktor.az-a Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında Avropa Siyasi Birliyinin toplantısında iştirak etmək üçüb İrəvana səfər edəcəyi ilə bağlı yayılan iddiadan bəhs edən politoloq İlyas Hüseynov bildirdi.
O, əlavə etdi ki, Prezident İlham Əliyev Avropa Siyasi İcmasının toplantılarında mütəmadi iştirak edir və böyük diqqət toplayır:
"Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bu mühüm tədbirlərdə önə çıxır və hər iki qardaş ölkə liderinin Ermənistandakı görüşə qatılması proqnozlaşdırılır. Hesab edirəm ki, bu görüşlərin baş tutması Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşmasına və genişlənməsinə səbəb olacaq. 8 avqustda tarixi razılaşma əldə olundu və Azərbaycan ilə Ermənistan arasında sülh yolunda böyük proses başlandı. İndi sülh müqaviləsinin imzalanması siyasi gündəlikdədir. Bunun üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi vacibdir".
Müsahibimiz qeyd etdi ki, əgər ABŞ Prezidenti Donald Tramp da tədbirə qatılarsa, əhəmiyyəti daha da artacaq:
"Çünki Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında Trampın rolu böyükdür. BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən həm Ermənistan, həm də Azərbaycan prezidentləri onun təşəbbüslərini yüksək qiymətləndirmişdilər. Düşünürəm ki, Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşlər sülh üçün güclü təkan olacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan üçün də seçkiqabağı dövrdə təbliğat baxımından əhəmiyyətlidir. Çünki iyunda parlament seçkiləri keçiriləcək, bu toplantı isə yazda nəzərdə tutulub. Bu baxımdan tədbir regionumuzun çəkisini, əhəmiyyətini və beynəlxalq nüfuzunu daha da artıracaq".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 01 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















