Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Deputat: “ATƏT in Minsk qrupu diplomatiya tarixində uğursuz…”

Deputat: “ATƏT in Minsk qrupu diplomatiya tarixində uğursuz…”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“ATƏT-in Minsk qrupu ilə bağlı reallıqları bu gün daha açıq və obyektiv şəkildə qiymətləndirmək mümkündür. Çünki artıq məsələ tarixə çevrilib və nəticə ortadadır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu yarandığı gündən etibarən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mandat alsa da, 30 ilə yaxın müddətdə bu missiyanı yerinə yetirmək əvəzinə faktiki olaraq status-kvonun qorunmasına xidmət etdi: 

“Bu status-kvo isə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal altında qalması demək idi. Yəni Minsk qrupunun fəaliyyəti nəticə etibarilə işğalın uzadılmasına, dolayısı ilə onun “leqallaşdırılması”na xidmət edən yarıtmaz və uğursuz bir mexanizm kimi yadda qaldı.

Həmsədr ölkələr – ABŞ, Rusiya və Fransa – təsadüfi seçilməmişdi. Bu üç ölkə eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və nüvə dövlətləridir. Onları birləşdirən əsas amil qlobal təsir imkanlarını qorumaq, geosiyasi balansı öz maraqları çərçivəsində idarə etməkdir. 

Bu baxımdan, Qarabağ münaqişəsi də uzun illər bu böyük güclərin rəqabət və əməkdaşlıq platformalarından birinə çevrilmişdi. Onların ortaq marağı problemin tam həlli yox, idarəolunan vəziyyətdə saxlanılması idi. Ən ciddi problemlərdən biri də məhz bu ölkələrin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə selektiv yanaşması oldu. 

Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və işğalçı qüvvələrin çıxarılmasını tələb edən qətnamələr kağız üzərində qaldı. Həmin dövlətlər bu qərarların qarantı olmaq əvəzinə, siyasi maraqlarına uyğun olaraq ya passiv mövqe tutdular, ya da icranı faktiki olaraq mümkünsüz vəziyyətə gətirdilər. Bu isə beynəlxalq hüququn nüfuzuna ciddi zərbə vurdu”.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi, siyasətçilər, bütövlükdə xalq bu həqiqətləri illər boyu açıq şəkildə səsləndirdi, Minsk qrupunun fəaliyyətsizliyini, həmsədrlərin ikili standartlara əsaslanan yanaşmasını sərt şəkildə tənqid etdi:

“44 günlük Vətən müharibəsindən sonra isə yaranmış yeni reallıq bu tənqidlərin tam əsaslı olduğunu sübut etdi. Azərbaycan öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi və bununla da Minsk qrupunun faktiki olaraq iflasını rəsmiləşdirdi. Hətta müharibədən sonra həmsədrlərin Azərbaycana səfərləri zamanı onlara açıq şəkildə bildirildi ki, artıq bu formata ehtiyac yoxdur.

30 il ərzində Minsk qrupunun fəaliyyəti çox vaxt formal səfərlər, nəticəsiz görüşlər və “proses xatirinə proses” görüntüsü yaratmaqdan ibarət oldu. Həmsədrlər regiona sanki qastralyor kimi gəlib-getdilər, real nəticə isə olmadı. 

Qrupun xüsusi nümayəndəsi Anji Kasprşik də uzun illər bu prosesi faktiki olaraq rutin bir fəaliyyətə çevirmişdi. Bu illər ərzində bölgədə baş verən qanunsuz məskunlaşmalar, dağıdılan şəhər və kəndlər, talan edilən sərvətlər, məhv edilən mədəni irs qarşısında ciddi reaksiya verilmədi.

Daha da narahatedici məqam ondan ibarət idi ki, həmsədrlər uzun müddət “bu münaqişənin hərbi həlli yoxdur” tezisini irəli sürərək Azərbaycanı faktiki olaraq təslimçi kompromisə məcbur etməyə çalışırdılar. Hətta reallıqdan uzaq terminlər – “Şimali Qarabağ” kimi anlayışlar ortaya atılırdı ki, bu da Azərbaycanın suverenliyinə açıq hörmətsizlik idi.

Lakin tarix göstərdi ki, bu yanaşma yanlışdır. Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa etdi və bununla da həm beynəlxalq hüququn aliliyini təmin etdi, həm də Minsk qrupunu siyasi və diplomatik baxımdan tam iflasa uğratdı. Bu gün artıq həmin qurum faktiki olaraq tarixə qovuşub.

Bütün bunların fonunda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan tərəfindən Minsk qrupu ilə bağlı səsləndirilən fikirlər də diqqət çəkir. Görünür, bəzi dairələr hələ də bu mexanizmi diriltmək arzusundadır. Amma reallıq ondan ibarətdir ki, artıq bu mümkün deyil. Çünki həm bölgədə yeni geosiyasi vəziyyət formalaşıb, həm də Azərbaycan məsələnin həllini özü təmin edib.

Nəticə etibarilə, ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz bir model kimi qalacaq. Bu qurum riyakarlığın, ikili standartların, məsuliyyətdən yayınmanın və müəyyən mənada müstəmləkə təfəkkürünün nümunəsi kimi xatırlanacaq. Azərbaycan isə əksinə, beynəlxalq hüququn selektiv tətbiq olunduğu bir şəraitdə öz gücü ilə ədaləti bərpa edən ölkə kimi tarix yazdı”.

“Cebheinfo.az”

Açar sözlər: ATƏT-in Minsk qrupu Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:500
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 May 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri