Deputat Azər Allahverənov vətəndaşlarla görüş keçirib
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin inzibati binasında deputat Azər Allahverənov vətəndaş qəbulu keçirib.
Görüş zamanı vətəndaşlar əsasən işsizlik probleminin aradan qaldırılması, yaşayış şəraitinin yaxşılaşdırılması və bu sahələrdə mövcud çətinliklərin həlli ilə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Həmçinin vətəndaşlar sosial təşəbbüslərin institusional qaydada həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Deputat Azər Allahverənov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, məsələlərin mahiyyəti ilə tanış olaraq bildirib ki, bu istiqamətdə dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər
həyata keçirilir.
O, qeyd edib ki, qaldırılan məsələlər aidiyyəti dövlət qurumları ilə müzakirə ediləcək və problemlərin həllinə dəstək məqsədilə müvafiq addımlar atılacaq.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 17 Fevral 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















