Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Deputat: Azərbaycan müasir iqtisadi inkişaf strategiyası ilə fərqlənir

Deputat: Azərbaycan müasir iqtisadi inkişaf strategiyası ilə fərqlənir

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkənin iqtisadi inkişaf strategiyasını və gələcək perspektivlərini ətraflı təhlil etdi. Prezidentin açıqlamaları Azərbaycanın iqtisadi dayanıqlığını, qeyri-neft sektorundakı uğurları və sosial sahələrdə aparılan genişmiqyaslı islahatları bir daha təsdiqlədi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

Deputat deyib ki, dövlət başçısı ölkənin qazandığı nailiyyətləri qlobal iqtisadi şərtlər fonunda təhlil edərək Azərbaycanın unikal mövqeyini vurğulayıb: "Bu müsahibə yalnız ötən ilin nəticələrini deyil, həm də gələcək üçün müəyyən edilmiş strateji hədəfləri ortaya qoyur. Azərbaycan iqtisadiyyatı qlobal çətinliklərə və qeyri-müəyyənliklərə baxmayaraq, öz inkişaf tempini qoruyub saxlayır. İqtisadi inkişafımızın əsas hədəfi neft gəlirlərindən asılılığı azaltmaq və iqtisadiyyatın dayanıqlığını artırmaqdır. Bu məqsədlə qeyri-neft sektorunun inkişafı ön plandadır. Bununla yanaşı, büdcə parametrlərinin sabitliyi, sosial müdafiə proqramlarının genişləndirilməsi və beynəlxalq enerji bazarındakı rol ölkəmizin iqtisadi siyasətinin uğurlu olduğunu nümayiş etdirir.

Bir çox inkişaf etmiş ölkələrdə zəif iqtisadi artım fonunda Azərbaycanın 4%-dən çox ÜDM artımı, qeyri-neft sektorunda 6%-lik yüksəlişi, qeyri-neft sənaye sahəsində isə 7%-lik artım yaxşı göstəricilərdir. Bu, dayanıqlı idarəetmə və strateji planlaşdırmanın nəticəsidir. Azərbaycanın müasir iqtisadi strategiyası onu yalnız regionda deyil, həm də beynəlxalq arenada fərqləndirir. Dövlət başçımızın da vurğuladığı kimi, ölkənin beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə layiq olması göstərir ki, Azərbaycan iqtisadi islahatlar vasitəsilə dayanıqlı inkişaf hədəflərinə doğru inamla irəliləyir.

Son illərdə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün həyata keçirdiyi tədbirlər arasında sənaye parklarının yaradılması, vergi və gömrük güzəştləri, kiçik və orta sahibkarlığa dəstək proqramları və ixrac təşviqləri mühüm yer tutur. Sənaye parklarının məhsullarının daha çox xaricə ixrac olunmağa başladığını bütövlükdə Azərbaycanın qeyri-neft sektorunun artan potensialı üçün əhəmiyyətli bir göstəricidir".

Tahir Mirkişili qeyd edib ki, qeyri-neft sektorunun inkişafı həm də ölkənin iqtisadi sabitliyi üçün mühüm amildir: "Bu, Azərbaycanın neft bazarındakı qiymət dalğalanmalarından asılılığını azaldır, iqtisadiyyatını daha dayanıqlı edir. Gələcəkdə qeyri-neft sektorunun daha da genişləndirilməsi üçün Azərbaycanın müasir texnologiyalara, innovasiyalara və insan kapitalına investisiya etməsi planlaşdırılır. Bunun nəticəsində, qeyri-neft sahəsi Azərbaycan iqtisadiyyatının əsas qüvvəsinə çevriləcək.

Azərbaycanın iqtisadi uğurlarının arxasında düşünülmüş iqtisadi islahatlar və şəffaf idarəetmə prinsipləri dayanır. İnhisarçılığa qarşı mübarizə və şəffaflıq Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına mühüm töhfə verib. Bu, ölkənin beynəlxalq reytinqlərdə irəliləməsinə səbəb olub.

Azərbaycanın şəffaflıq istiqamətində həyata keçirdiyi tədbirlər arasında elektron hökumət sisteminin inkişafı, dövlət satınalmaları sisteminin elektronlaşması, maliyyə nəzarətinin güclənməsi və büdcə xərclərinin səmərəliliyinin artırılması xüsusi yer tutur. Bu tədbirlər korrupsiyanın azalmasına, dövlət xərclərinin daha məqsədəuyğun istifadəsinə və investisiya mühitinin daha da yaxşılaşmasına şərait yaradıb".

Deputat vurğulayıb ki, Azərbaycanın investisiya cəlb etməkdə uğuru beynəlxalq şirkətlərin və maliyyə qurumlarının ölkəyə olan marağını daha da artırıb və bu maraq daha da artacaq: "Ölkəmizdə aparılan iqtisadi islahatlar uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının dayanıqlı və rəqabətqabiliyyətli olmasını təmin edəcək. Şəffaflıq, biznes mühitinin asanlaşdırılması və xarici sərmayəçilərə verilən dəstək Azərbaycanın dünya iqtisadiyyatında daha möhkəm mövqeyə sahib olmasına imkan yaratmaqdadır.

Ölkəmizin maliyyə ehtiyatlarının 2024-cü ildə təqribən 5 milyard dollar artaraq 72 milyard dollara çatması və adambaşına düşən ehtiyata görə ölkəmizin dünyada ən yaxşı göstəricidən birinə sahib olması ciddi böhranlardan sığortalanmaq baxımından mühüm nailiyyətdir. İqtisadi müstəqilliyin mühüm göstəricilərindən biri sayılan dövlətin xarici borcunun ÜDM-ə nisbətinin isə cəmi 7.2% təşkil etməsi müasir qeyri-müəyyən dünyada mühüm iqtisadi göstərici sayılmalıdır. Dünyanın əksər ölkələri ciddi borc içində yaşayırlar.

Maliyyə ehtiyatlarının artması Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin edir və iqtisadi tənzimləmə sahəsində hökumətə böyük manevr imkanları yaradır. Xarici borcun az olması isə ölkənin maliyyə müstəqilliyini möhkəmləndirir və büdcə yükünü azaldır.

Azərbaycanın maliyyə dayanıqlığı beynəlxalq investorlar və kredit təşkilatları üçün də cəlbedici mühit yaradır. Valyuta ehtiyatlarının yüksək olması və xarici borcun azlığı ölkənin maliyyə bazarındakı etibarını artırır. Sözsüz ki, bu göstəricilər Azərbaycanın dayanıqlı inkişaf siyasətinin və iqtisadi resursların səmərəli istifadəsinin nəticəsidir".

Tahir Mirkişili nəzərə çatdırıb ki, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsi tarixi rekord həddə çataraq 41 milyard manatdan çox büdcə xərcləri ilə diqqət çəkib: "İcmal büdcə isə 48 milyard manatı ötüb. Bu rəqəmlər ölkənin yalnız daxili resurslarına əsaslanan şəffaf iqtisadi siyasətinin məhsuludur. Büdcənin böyük bir hissəsi - 42%-i sosial proqramlara, digər böyük hissəsi isə Qarabağın və Şərqi Zəngəzurun bərpasına yönəldilib. Bu, dövlətin iqtisadi inkişafla yanaşı, sosial rifahın təmin olunmasına xüsusi önəm verdiyini göstərir.

Bu il üçün minimum əməkhaqqının 55 manat artırılaraq 400 manata çatdırılması və minimum pensiyanın 40 manat artaraq 320 manata yüksəldilməsi sosial müdafiə sahəsində ciddi addımlardır. Qeyd etmək yerinə düşər ki, bu artımlar ölkədəki orta illik inflyasiya səviyyəsindən yüksəkdir. Bu, o deməkdir ki, əməkhaqqı və pensiyalardakı artım real gəlirlərin artırılmasına şərait yaradıb və xüsusilə aztəminatlı təbəqələrin sosial müdafiəsini gücləndirib".

Deputat Azərbaycanın enerji bazarında daha geniş paya sahib olacağının gözlənildiyini də söyləyib: "Azərbaycanın enerji siyasəti həm milli iqtisadiyyatın inkişafında, həm də qlobal enerji təhlükəsizliyində əsas rol oynayır. 2024-cü ildə Azərbaycan qaz ixracını əhəmiyyətli dərəcədə artırıb və Cənub Qaz Dəhlizi layihəsi ilə Avropanın enerji bazarında öz mövqeyini gücləndirib. Hazırda Azərbaycan qazı Avropanın 10 ölkəsinə ixrac edilir, bu ölkələrdən səkkizi Avropa İttifaqının üzvüdür.

2022-ci ildə Avropa İttifaqı ilə imzalanmış razılaşma əsasında qaz təchizatı iki dəfə artırılıb. Bu, həm Azərbaycanın qlobal enerji bazarındakı rolunu möhkəmləndirib, həm də Avropa üçün alternativ enerji mənbəyini təmin edib. Yeni interkonnektorların istifadəyə verilməsi və qaz ixracatının həcminin artırılması Azərbaycanın beynəlxalq enerji siyasətində mühüm addımlardır və bu siyasət davam edəcək.

Ehtiyatlar baxımından Azərbaycanın potensialı olduqca böyükdür. Ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları hazırda 2.6 trilyon kubmetrdən çoxdur və yeni yataqların kəşfi bu rəqəmi daha da artıracaq. Məsələn, “Şahdəniz” yatağı hələ də əsas qaz mənbələrindən biridir, lakin “Abşeron”, “Qarabağ”, “Babək” və digər yataqlarda hasilatın artırılması istiqamətində işlər davam etdirilir. Gələcəkdə Azərbaycanın enerji bazarında daha geniş paya sahib olacağı gözlənilir.

Beləliklə, Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektorunun inkişafı, beynəlxalq enerji bazarındakı təsiri və sosial sahədəki nailiyyətləri ilə öz nüfuzunu daha da artırır. Bu uğurlar, cənab Prezidentin dediyi kimi, yalnız cari dövrün nəticəsi deyil, uzun illər ərzində düşünülmüş iqtisadi siyasətin və şəffaf idarəetmənin məhsuludur. Azərbaycanın iqtisadi siyasəti həm daxili sabitliyi, həm də qlobal əməkdaşlığı təmin edir. Regionda və beynəlxalq səhnədə lider mövqeyini möhkəmləndirən Azərbaycan dayanıqlı inkişaf strategiyası ilə həm iqtisadi, həm də sosial sahələrdə daha böyük nailiyyətlər əldə etməyə davam edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Yanvar 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see218

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see185

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see170

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see155

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see126

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri