Icma.az
close
up
RU
Deputat: Azərbaycan Prezidenti sadəcə Ermənistanı məğlub etmədi, həm də ikili standartlara son qoydu

Deputat: Azərbaycan Prezidenti sadəcə Ermənistanı məğlub etmədi, həm də ikili standartlara son qoydu

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyev sadəcə Ermənistanı məğlub etmədi, yalnız torpaqlarımızda separatizmin kökünü kəsmədi, təkcə suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmədi, həm də özlərini beynəlxalq təhlükəsizliyin qarantı qismində göstərən tərəflərin ikili standartlarına, riyakar siyasətlərinə son qoydu”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, güc siyasi və təhlükəsizlik sahəsində fundamental bir kateqoriyadır: “Beynəlxalq münasibətlərin demək olar ki, hər bir nəzəriyyəsində güc əsas mövqe tutur. Gücü təsvir edən alışdığımız kateqoriyaların işığında dünyada baş verən hadisələr onu həm də lider amili ilə əlaqələndirir. Güc deyərkən həm də "səlahiyyət" “nüfuz” "təsir" kimi terminlər də üzə çıxır. Xüsusilə gücə belə oxşar təriflər tapdıqda məlum olur ki, bütün bunlar lider amilində birləşir. Dövlətin gücünü təşkil edən amillərin müəyyən edilməsi nə qədər problemli olsa da, əsas problem lider qıtlığında özünü daha da büruzə verir”.

“Açıq etiraf etmək lazımdır ki, dövlətlərin başında duran liderlər ənənəvi formada alışdığımız, əslində isə məhz idarəçilikdə labüd olan qətiyyətli şəxsiyyət obrazında itib-batırlar. Lider amili beynəlxalq münasibətlər nəzəriyyəsinin bütün cərəyanlarında vacib amildir. Burada söhbət fərdi nəzəriyyələrdən deyil, böyük kütlənin, bir xalqın, dövlətin, regionun, dünyanın taleyindən gedir. Liderin aldığı siyasət qərarlarından birbaşa və ya dolayı yolla təsirlənirik. Bu, həyatımızın demək olar ki, hər bir aspektinin birbaşa siyasi qərarlar vasitəsilə tənzimləndiyinə dair fikir yaradır. Odur ki, hər bir ölkənin lideri istənilən ritorikası, addımı ətrafında son dərəcə düzgün hesablamalar aparmalıdır”,-deyə o əlavə edib.

Azər Badamov diqqətə çatdırıb ki, Ukrayna ilə bağlı alınan qərarların bir dövlətin, xalqın deyil, həm də inanışın yerlə-bir olması acı reallığıdır: “Bu, beynəlxalq hüquqa vurulan zərbədir. Bir daha soyuq məntiq sübut edir ki, heç bir lider verdiyi qərarların davamı olan dövlət siyasətinin nəticələrindən qaça bilməz. Odur ki, xalq üçün, dövlət üçün lider amili ən vacib amildir. Elə bu reallıq bizi bir daha vadar edir ki, işğal dövrünə bir də boylanaq. Otuz il ərzində Azərbaycana qarşı tətbiq olunan ədalətsizlik fonunda sıfırdan başlamaq, haqqımızda obyektiv fikir formalaşdırmaq heç də asan deyildi. Hətta bu bir günün, bir ilin də işi deyildi. Ukrayna reallığına baxdığımız zaman daha da aydın görürük ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev sadəcə Ermənistanı məğlub etmədi, yalnız torpaqlarımızda separatizmin kökünü kəsmədi, təkcə suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmədi, həm də özlərini beynəlxalq təhlükəsizliyin qarantı qismində göstərən tərəflərin ikili standartlarına, riyakar siyasətlərinə son qoydu. Liderimiz bu yolda sadəcə xalqına güvəndi. Məhz Azərbaycan xalqı və Azərbaycan Liderinin vəhdət halında birləşməsi ilə biz öz reallıqlarımızı yarada bildik. Ukrayna məsələsi fonunda liderin siyasətdə kritik rolu və əvəzolunmazlığı bir daha sübut olunur. Bəli, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etməklə kifayətlənmədi, həm də əldə etdiyimiz tarixi Zəfəri leqallaşdıra bildik. Azərbaycan Lideri atdığı addımlarla, aldığı qərarlarla siyasətin həyata keçirilməsində liderin rolunu öyrənmək və siyasətçilər üçün mümkün irəliləyiş təklifləri hazırlamaq baxımından nümunəvi model ortaya qoyur. Cənab Prezident İlham Əliyev bir Lider kimi dərin biliyi, bacarığı sayəsində, dövlət və xalq öhdəliklərinin son dərəcə fərqində olması nəticəsində mövcud reallığa nail oldu. Azərbaycan Lideri ləyaqətə əsaslanan liderlik anlayışını təcrübədə tətbiq etdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see176

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see172

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri