Paytaxtda daşınmaz əmlak bazarında tələb əsasən investisiya yönümlüdür Ekspert
525.az saytına istinadən Icma.az xəbər verir.
“Bu gün paytaxtda mənzillərin çoxu investisiya məqsədilə alınır. Bu mənzillərin çoxunda yaşayış yoxdur, boşdur. Bu da bazarda süni qıtlıq yaradır və qiymətlərin bahalaşmasına səbəb olur”.
Bu fikirləri 525.az-a iqtisadçı ekspert Razi Abasbəyli söyləyib. O bildirib ki, paytaxtda daşınmaz əmlak bazarında tələb əsasən investisiya yönümlüdür. Bu da təbii ki, qiymətlərin real gəlirlərlə uzlaşmamasına səbəb olur:
“Daşınmaz əmlak əhali üçün ən etibarlı sərvət qoruma vasitəsi kimi qəbul olunur. Yüksək inflyasiya riskləri, maliyyə bazarlarının dərinliyinin zəif olması və uzunmüddətli investisiya alətlərinə inamın aşağı səviyyədə qalması fonunda vəsaitlərin mənzil bazarına yönəlməsi təbii haldır. Bir çox hallarda mənzillər ya kirayə vermək, ya da gələcəkdə daha yüksək qiymətə satmaq məqsədilə alınır”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 08 Yanvar 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















